KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Turan Rzayev: İsrail İranı vurmaq üçün nəyi gözləyir? – 3 kritik maneə var

Turan Rzayev: İsrail İranı vurmaq üçün nəyi gözləyir? – 3 kritik maneə var

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
21 0

İranın İsrailə raket hücumundan sonra bütün diqqət Təl-Əvivin anonsunu verdiyi cavab zərbəsinin necə olacağındadır. Lakin günlərdir bu cavab baş tutmur, heç bir zərbə endirilmir.

Başlıca sual isə budur: İsrail İrana cavab zərbəsi vuracaqmı?

Əslində bunun cavabı birmənalıdır – bəli, İsrail İrana cavab verəcək. Hücuma necə və nə vaxt cavab veriləcəyini müəyyən etmək üçün İsrailin Baş naziri Benyamin Netanyahu həm yüksəksəviyyəli təhlükəsizlik məsləhətləşmələri keçirir, həm də ABŞ-la təmasdadır.

Təl-Əvivin düşündüyü cavab zərbəsi effektiv və Tehranı müharibəyə çəkəcək tərzdə olmalıdır. Lakin bunun önündə ciddi maneələr var.

Birincisi, ABŞ faktorudur. Vaşinqton İsraili dəstəkləsə də, təyin etdiyi sərhədin keçilməsini istəmir. Yəni Təl-Əviv cavab zərbəsi vuracaqsa, bunun necə olacağını o yox, Ağ Ev müəyyən etməlidir.

İsrail ehtimal ki, İranın nüvə obyektləri başda olmaqla hərbi strateji hədəflərini vurmaq istəyir. Hətta İranın ali rəhbəri də hədəfə alınıb. Vaşinqton bu həcmdə bir hücumun fasadlarının böyük olacağını anladığı üçün prosesin nəzarətdə qalmasına, böyüməməsinə çalışır. Bu məsələ cavab zərbəsini uzadan başlıca faktordur. Lakin ABŞ ilə İsrailin ortaq məxrəcə gələcəyini demək olar.

İkincisi, İsrailin ehtiyat etdiyi məsələlər var. Belə ki, Tehran Təl-Əvivi cavab zərbəsi olacağı halda ABŞ və İsrailin regional müttəfiqlərinin hərbi bazalarını, həmçinin neft obyektlərini vuracağı ilə hədələyir. Bu məsələ Təl-Əvivi ehtiyatlı davranmağa vadar edir. Hətta sırf bu səbəbə görə İsrail İrana gözlənildiyi kimi dağıdıcı cavab vurmaya bilər.

Üçüncüsü, texniki problemləridir. İranın İsrailə hücumu sonrası Təl-Əvivə məxsus 20 ədə F-35 təyyarəsinin məhv edildiyi açıqlandı. İsrail tərəfi bu xəbəri təkzib etsə də, cavab zərbəsinin gecikməsi iddiaların yalan olmadığını göstərir. Yəni İsrailin deyildiyi qədər olmasa da, azı 10-a yaxını F-35 təyyarəsi ya məhv edilib, ya da yararsız haldadır. Bu isə əməliyyatları gecikdirir.

İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb

İranın İsrailə 1 oktyabrdakı raket hücumunun ən diqqətçəkən detalı atəşin həm də Təbriz və Güney Azərbaycanın digər ərazilərindən açılması idi.

Raketlər niyə məhz Təbrizdən atılıb?

Birincisi, İran İsrailin 1 oktyabrdakı raket hücumuna daha sərt cavab zərbəsi vuracağını yaxşı bilir. Təcrübəyə əsaslansaq, ilk hədəf adətən hücumun edildiyi bölgə, obyekt və ya məkan olur. Yəni məntiqlə İsrail cavab zərbəsini ilk Təbrizə endirməlidir. Fikrimcə, İran Tehran, İsfahan, Yəzd, Məşhəd, Kirman, Bəndər-Abbas kimi ərazilərin vurulmaması üçün Təbrizi və Güney Azərbaycanın digər şəhərlərini hədəfə gətirir.

İkincisi, Təbriz sırada şəhər deyil və İsrailin buranı vurması proseslərin seyrini dəyişə bilər. İran bunu yaxşı bilir. Hər şeydən öncə Təbriz Güney Azərbaycanın mərkəzi şəhəridir. Əhəlinin mütləq əksəriyyəti isə müsəlman azərbaycanlılardır. İsrail Tərbizdəki hərbi obyektləri vurduğu an İran bunu “İsrail Təbrizi vurdu” ya da “İsrail azərbaycanlılara soyqırım” edir kimi təqdim edəcək. Bu isə öz növbəsində həm dünya azərbaycanlılarının, həm də türk dünyasının İsrailə qarşı cəbhə almasına səbəb ola bilər.

Onu da deyim ki, son illərdə İsrail-Güney Azərbaycan məsələsi olduqca aktivdir və bu, Tehranı narahat edir. Əslində, İsrailin Təbrizi vurması İran üçün göydəndüşmə olar.

Üçüncüsü, İsrailin Təbrizi vurması Təl-Əvivlə Bakının arasını aça bilər. Hətta belə bir addımın atılmasının iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb olması da mümkündür. Bakı və bütövlükdə Azərbaycan xalqı belə bir hücumu heç bir halda təmkinlə qarşılamaz. Azərbaycan ictimaiyyəti də məsələyə səssiz qalmaz və İsrail ciddi tərəfdar itirər. Bu da İranın arzuladığı ssenaridir.

Nəticə etibarilə İran İsrailə raket hücumunu Təbrizdən edərək yuxarıda qeyd etdiklərimə nail olmaq istəyir. İstisna deyil ki, İsrail də bu tələni sezib. Yəni Təl-Əvivin Bakıya rəğmən Təbrizi vurması real deyil. Lakin İsrail 1 oktyabrdakı raket hücumuna gec-tez cavab cavab verəcək.

Turan Rzayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir