KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Turan Rzayev: İran Azərbaycana müharibə elan edə bilməz, çünki…

Turan Rzayev: İran Azərbaycana müharibə elan edə bilməz, çünki…

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
14 0

Son günlər İran ilə Azərbaycan arasında yaşanan gərginlik azalmadığı kimi artmağa da davam edir. Xüsusilə İran “ali dini lideri” Ayətullah Əli Xameneinin İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxışı zamanı və İranın yeni XİN rəhbəri Abdullahianın ölkənin televiziya kanalarından birinə müsahibəsi zamanı Azərbaycanı açıqca hədələməsi rəsmi Tehranın gərginiliyi artırmaqda qərarlı olduğunu göstərir. Digər tərəfdən, İran rəsmilərinin antiazərbaycan çıxışları da onu göstərir ki, cənub sərhədlərimizdə keçirilən hərbi təlimlərin əsas hədəfi məhz rəsmi Bakıdır.

Təbii ki, iki ölkə arasında gərginliyin xüsusilə İran tərəfindən artırılması belə bir sual yaradır: İran Azərbaycana müharibə elan edə bilərmi?

Əvvəla onu deyim ki, iki ölkə arasında müəyyən vaxtlarda bu və ya bu kimi gərginliklər olub. Ehtimal ki, bundan sonra da olacaq. Çünki İran nə qədər mehriban qonşuluq, qardaşlıq münasibətlərindən bəhs etsə də reallıq ondan ibarətdir ki, Azərbaycanı özü üçün potensial təhlükə və imperialist maraqları üçün hədəf görür.

Lakin dəyişən şərtlər və reallıqlar bu gün bunu deməyə əsas verir ki, rəsmi Tehranın indiki halda nəinki Azərbaycanla, heç bir dövlətlə müharibə edəcək gücü yoxdur. Azərbaycan isə İranın müharibə edə biləcəyi ən riskli ölkədir.
Məsələ ondadır ki, iki ölkə ordularına baxdıqda fərq açıqca görünür.

Bəli, bu gün İran ordusu dünyanın ən güclü və təhlükəli ordularından hesab edilir. Ordunun say tərkibi də Azərbaycan ordusu ilə müqayisədə çoxdur. Lakin bu da bir reallıqdır ki, müharibələr təkcə ordu və silahlar ilə qazanılmır. Müharibə etmək üçün təkcə güclü bir orduya deyil, o ordunu modern silahlar ilə silahlandırmaq üçün güclü iqtisadiyyata və beynəlxalq əlaqələrə malik olmalısan. İran isə uzun illərdir bir çox sahədə, xüsusilə də ölkənin başlıca gəlir qaynağı olan enerji satışı üzrə ABŞ və Qərb tərəfindən iqtisadi sanksiyalara məruz qalır. Rəsmi Tehran etiraf etməsə də bu, ölkə iqtisadiyyatını çökmə həddinə gətirib. İran bu iqtisadiyyatla və mövcud sanksiyalarla çətin ki, hansısa bir ölkəyə müharibə elan etsin.
Digər bir fakt və İranın əsas zəif nöqtəsi olan ordu və ölkə daxilində xüsusi bir çəkiyə malik olan cənubi Azərbaycan faktorudur.

Bu gün İran əhalisi və ordusu sayca Azərbaycan ordusundan bir neçə dəfə çox olsa da bu ordunun daxilində Cənubi Azərbaycan türkləri, türkmənlər, bəloclar afvaz ərəbləri, kürdlər xidmət edir. Onu da qeyd edim ki, uzun illərdir afvaz ərəbləri, iran kürdləri rəsmi Tehrandan narazıdır və ilk fürsətdə müstəqillik qazanmaq arzusundadır.

Rəsmi Tehran şimaldakı 10 milyon əhalisi olan Azərbaycana müharibə elan edərək cənubdakı 35 milyon azərbaycanlının ayağa qalxmasını gözə ala bilməz. Tehran yaxşı bilir ki, Cənubi Azərbaycanda milliyyətçilik ideologiyası şiə ideologiyasından daha üstündür.

Cənubi azərbaycanlılar heç bir halda İran ordusu daxilində Azərbaycana silah qaldırmaz. Cənublu qardaşlarımız bütün təzyiqlərə baxmayaraq 44 günlük müharibə zamanı İrandan Ermənistana silah daşıyan TIR-ların qarşısını kəsməsi bir daha bunu sübut edir.
Son günlər sosial şəbəkələrdə yayılan İran ordusundankı türkmənlərin Azərbaycana bozqurd salamı göndərməsi ondan xəbər verir ki, rəsmi Tehran belə bir müharibəyə hazır deyil.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, İran-Azərbaycan münasibətləri nə qədər gərginləşsə də müharibə sferasına keçməsi real deyil. Mövcud gərginlik İranın Bakının nəbzini yoxlamasından və başda Türkiyə olmaqla, İsrail və Azərbaycana güc nümayiş etdirməkdən başqa bir şey deyil. İranın mövcud gərginlikdən əldə etmək istədikləri bunlardır:

1. Rəsmi İran bu yolla Azərbaycanın nələr edə biləcəyini bilmək, gərginliyə nə qədər dözəcəyini öyrənmək istəyir.

2. rəsmi Tehran Bakıya qarşı daxildə hansı təzyiq vasitələrindən istifadə edə biləcəyini, eyni zamanda inanclı kəsimə nə qədər təsir etdiyini yoxlamaq istəyir.

3. İran ən çox bu gərginlik qarşısında rəsmi Bakının Cənubi Azərbaycana təsir imkanlarını və ümumlikdə cəmiyyət və ordusunun belə bir vəziyyətə necə reaksiya verəcəyini ölçmək istəyir.

Nəticə etibarilə İran üçün bu bir müharibə hazırlığı yox, cəmiyyətindəki və ordusundakı zəifliklərin aşkar edilməsinə hesablanan bir addımdır. Təbii ki, bunu edərkən eyni zamanda rəsmi Bakıya da gözdağı verməyi hədəfləyir.
Turan Rzayev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.