KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Turan Rzayev: Finlandiya İsveç qərarını verdi: Türkiyənin şərti nə olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
286 0

Finlandiya NATO-ya qoşulacaq. Belə ki, Prezident Sauli Niinisto və baş nazir Sanna Marin rəsmi Helsinkinin müraciətini alyansa təqdim edib. Niinisto ölkəsinin NATO-ya üzv olmaq üçün etdiyi müraciəti “tarixi gün” olaraq qiymətləndirib və “artıq Rusiya ilə öz imkanlarımızda dinc gələcəyə arxalana bilmərik. Ona görə də biz NATO-ya müraciət edirik”, – deyə bildirib.
Ümumiyyətlə Finlandiya və İsveçin NATO-ya üzv ola bilməsi üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin razılığı tələb olunur. Əgər bu təsdiq verilsə və Finlandiyanın üzvlüyünə yaşıl işıq yandırılsa, Avropanın təhlükəsizlik xəritəsi də köklü şəkildə dəyişəcək.
Ankaranın mövqeyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını açıqca ifadə edib. O bunu iki əsas səbəblə açıqlayıb:
Birincisi, Ərdoğan qeyd edib ki, “bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz”.
İkincisi, Ərdoğan bildirib ki, “Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib. PKK, PYD, YPG, terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, – Ərdoğan bildirib.
Bir çoxları Türkiyənin bu mövqeyini təndiq etsə də hesab edirəm Ankaranın mövqeyi haqlı və doğrudur. Xüsusilə də Ərdoğanın “Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib” ifadəsi Ankaranın əsas arqumentidir. Türkiyə illərdir adıçəkilən terror təşkilatları ilə həm ölkə daxilində həm də xaricində mübarizə aparır.
Bununla belə Skandinaviya ölkələri başda olmaqla, br çox Avropa ölkəsi PKK, PYD, YPG kimi terror təşkilatını himayə edir. İsveç, Norveç, kral ailəsi səviyyəsində bu terror təşkilatını dəstəkləyir. Finlandiyaya gəldikdə isə rəsmi Helsinki İsveç, Norveç qədər terror təşkilatlarını dəsətkləməsə də siyasi sığınacaq verir və sərbəst şəkildə ölkədə yaşaması üçün şərait yaradır. Hesab edirəm bu və digər səbəblərə görə Ankaranın mövqeyi başadüşüləndir.
Türkiyənin şərti
Hesab edirəm indiki məqamda Türkiyə Finlandiya və İsveçin müraciətinə mane olmayacaq. Ümumiyətlə Ankaranın belə bir niyyəti də yoxdur. Bunun NATO-nun Baş katibi Yens Stoltenberqin son açıqlaması da təsdiqləyir. “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü əngəlləmək niyyətində olmadığını açıq şəkildə bildirdi”, – o bildirib.
Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya alyansa qoşulmazdan əvvəl bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün Baltikyanı ölkələrdə hərbi mövcudluq artırılacaq. Onun bu sözündən belə bir nəticəyə gəlmək olar ki, Finlandiya və İsveçin ittifaqa qoşulmasına Türkiyə razılıq verəcək, lakin Ərdoğanın “hə” deməsi üçün NATO ona güzəştə getməlidir.
Artıq bu istiqamətdə danışıqların başladığını da demək olar. Misal üçün İsveç NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün tezliklə Ankaraya nümayəndə heyəti göndərəcəyini elan edib. Məlumata görə, nümayəndə heyəti Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbuluna qarşı olması ətrafında müzakirələr aparacaq.
İsveçin NATO-ya üzvlük müraciətini müzakirə etmək üçün Ankaraya nümayəndə heyəti göndərməsi də təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ Dövlət katibi Entoni Blinken ötəngünkü açıqlamasında qeyd edib ki, “Danışıpqlar davam edir, Türkiyə, Finlandiya və İsveç arasında fikir ayrılıqları var. Amma üzvlük prosesilə bağlı, əminəm ki, razılığa gələcəyik”.
Aydın məsələdir ki, Türkiyə, Finlandiya və İsveç arasındakı əsas fikir ayrılığı PYD, YPG, PKK ilə bağlıdır. Türkiyənin bu məsələdə geri addım atması inandırıcı olmasa da İsveçin Türkiyəyə hansı təkliflər irəli sürəcəyi də maraqlıdır.
Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olması qarşılığında F-35 proqramına qaytarılması, ölkədəki miqrantlar qarşlığında Qərbdən iqtisadi yardımların artırılması və Qərbin türk lirəsini süni şəkildə dəyərdən salmasının qarşısını alması kimi tələbləri də irəli sürə bilər.
Turan Rzayevkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir