KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Ermənistanı Rusiya asılılığından Türkiyə xilas edəcək: Azərbaycan isə…

Turan Rzayev: Ermənistanı Rusiya asılılığından Türkiyə xilas edəcək: Azərbaycan isə…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
394 0

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq addımlar atılmağa davam edir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması ilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxıldığını qeyd edib.
Bunu iki ölkə arasında iqtisadi və diplomatik əlaqələrin qurulması istiqamətində atılan ilkin addım hesab etmək olar. Heç kəsə sirr deyil ki, son zamanlar Ermənistan və Rusiyanın maraqları üst-üstə düşmür. Daha doğrusu İrəvan Kremlin birbaşa diqtəsindən yayınmağa çalışır. Bu da təbiidir. Çünki rəsmi İrəvan hazırda Rusiya təsirindən çıxmaq, Qərbə inteqrasiya etmək istəyir. Görünür, Ermənistan bu istiqamətdə hər şeyi etməyə hazırdır. Vəziyyət o həddə çatıb ki, rəsmi İrəvan Ankara ilə də əməkdaşlığa hazırdır.
Ermənistan üçün Türkiyə Qərbin qapısıdır. Bu mənada demək olar ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdıraraq həm Kremlin təsirindən çıxmaq, həm də Qərbə inteqrasiya etmək istəyir.
Rus asılılığını türk aslılığı əvəz edəcək.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması türk şirkətlərinin bu ölkəyə axın etməsi ilə nəticələnəcək. Tədricən türk şirkətlərinin bu ölkəyə investisiya qoyması, sayının artması tədricən erməni iqtisadiyyatının Türkiyədən asılı hala gəlməsinə səbəb olacaq. Bundan başqa, sərhədlərin açılması erməni vətəndaşlarının işlək üçün Türkiyəyə axın etməsi ilə nəticələnəcək.
Digər tərəfdən, gələcəkdə Rusiyanın siyasi və hərbi çəkisinin azalması, Türkiyənin iqitisadi baxımdan çəkisini artırması ilə əvəzlənə bilər. Rusiya hazırda Ermənistanda hərbi baxımdan təsirini qoruya bilir. Türkiyə isə gələcəkdə bunu iqtisadi təsiri ilə əvəzləyəcək.
İrəvanın Ankaradan iqtisadi, Bakıdan isə enerji asılılığı olacaq
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı danışarkən hər fürsətdə qeyd edir ki, “Azərbaycan bu prosesdə daima olacaq. Hər zaman məlumat veriləcək. Koordinasiyalı addımlar da atılır”.
Aydın məsələdir ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın maraqlarını nəzərə alır. Lakin hesab edirəm bu məsələdə Bakı və Ankaranın maraqları və qərarları ortaqdır. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.
Türkiyənin Ermənistanla sərhədləri açması rəsmi İrəvanın tədricən iqtisadi baxımdan Türkiyədən asılı vəziyyətə salacağı kimi enerji baxımdan da Azərbaycandan asılı olacaq. Onsuz da münasibətlərin düzələcəyi təqdirdə gələcəkdə Ermənistan ərazisindən keçərək Türkiyəyə uzanan yeni enerji layihələrinin olacağı məlum idi. Digər tərəfdən SSRİ dövründən Ermənistan Azərbaycandan enerji asılılığına malikdir. Yəni dəyişən nəsə olmayacaq. Faktiki olaraq sərhədlərin açılması ilə yaxın gələcəkdə Ermənistan Rusiya təsirindən çıxaraq Türkiyədən iqtisadi, Azərbaycandan isə enrji asılılığına düşəcək.
Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir