KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Ermənistan itkin düşmüş minlərlə Azərbaycan vətəndaşı haqda məlumat vermir

Turan Rzayev: Ermənistan itkin düşmüş minlərlə Azərbaycan vətəndaşı haqda məlumat vermir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
69 0

Bu gün 30 avqust Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Belə bir günün təsis edilməsinə əsas səbəb itkin düşən və yaxınları tərəfindən axtarılan, haqlarında isə heç bir məlumatın olmadığı insanların sayının ildən-ilə artması olub. Təəssüf ki, bu məsələyə BMT tərəfindən xüsusi diqqətin ayrılması belə özlüyündə gecikib.

Hazırda əsasən terror, siyasi müharibələr və ya diktatura rejimlərində insanların zorla qaçırılması halları ilə üzləşən şəxslər itkinlik statusu daşıyır.

Təəssüf ki, ölkəmizdə də itkin düşənlərin sayı kifayət qədərdir. Xüsusilə 1988-ci il Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası zamanı və I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər xəbər yoxdur.

Hazırkı statistikalara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.

Bu kontekstdə Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. 1993-cü ildə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb.

Rəsmi Bakı 44 günülk Vətən müharibəsi nəticəsində Qarabağda 27 illik erməni işğalına son verdi. İşğaldan azad edilən ərazilərdə bərpa prosesi ilə paralel olaraq, həm də itkin düşmüş vətəndaşlarımızın axtarış işləri aparılır. Bu şəxslər haqqında məlumatlar erməni tərəfindən dəfələrlə istənilib.

Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə real mane şübhəsiz ki, Ermənistan tərəfidir. Belə ki, rəsmi İrəvan itkin düşmüş azərbaycanlılar haqda məlumatları təqdim etmədiyi kimi, onların nəşinin harada olduğunu da demir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olması da rəsmi Bakının axtarış işlərini gec aparmasına səbəb olur.

Rəsmi İrəvan hər nə qədər itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı onlarda məlumatların olmadığını desə də, aydındır ki, məlumatlar məqsədli şəklildə gizlədilir. Məsələ ondadır ki, ermənilər Birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri azərbaycanlıları məcburi şəkildə işlədib, cinsi istismara məruz qoyub, insan alverinə cəlb edib, orqanlarını qeyri-qanuni satıb, onlar vəfat etdiyi zaman isə dilə gətirilməyəcək şəkildə dəfn edib. Bütün bunların hamısı isə insan haqları və beynəlxalq hüquqa ziddir. Ermənistan tərəfi bu gün bu faktların ortaya çıxmasını istəmir və buna görə də həmin şəxslərlə bağlı məlumatları gizlədir.

Lakin bütün hallarda həqiqət gec-tez üzə çıxır və biz bu gün də bunun şahidi oluruq. Belə ki, 44 günülük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan qazıntı işləri nəticəsində Xocalının Fərrux, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel kəndində kütləvi məzarlıqlar aşkarlanıb. Kütləvi məzarlıqlar erməni vəhşiliyinin əyani sübutudur.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir