KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Ermənilərin 1920-ci il xəritə qorxusu: Putinin gizli planı

Turan Rzayev: Ermənilərin 1920-ci il xəritə qorxusu: Putinin gizli planı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
326 0

Son günlər Ermənistan mediasının gündəmində olan məsələlərdən biri də Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiya prosesinin hansı illərin xəritələri əsasında aparılmasıdır. Ermənistan mediasına görə, sərhədlər 1920-ci ilin xəritələri əsasında təyin ediləcək.

Prinsip etibari ilə sərhədlərin demarkasiyası və delimitasiyasının 1920-ci illərin xəritələri əsasında aparılması mümkündür. Məsələ ondadır ki, keçən əsirdə Ermənistan və Azərbaycan SSR arasında sərhədlər müxtəlif bəhanələr ilə bir yox, bir neçə dəfə dəyişdirilib. Yəni indiki halda sərhədlərin təyin olunmasından danışırıqsa bu məntiq etibarilə ilk dəyişikliyin baş verdiyi 1920-ci illərin xəritələri əsasında aparılmalıdır.
Təsadüfi deyil ki, prosesin 1920-ci illərin xəritəsi əsasında aparılması iddiası belə indidən rəsmi İrəvanı narahat edir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötəngünkü çıxışı zamanı “Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiya prosesinin hansı xəritəyə əsasən aparılması ilə bağlı hələlik razılıq yoxdur” deməsi bunu bir daha təsdiqləyir. Azərbaycan tərəfi isə prosesin həllində 1920-ci illərin xəritələrinin əsas götürülməsində maraqlıdır.

Ermənistanı bu məsələdə narahat edən başlıca məsələ isə sərhədlərin 1921-ci ilin xəritələri əsasında aparılmasıdır. Proses həmin xərtilər ilə aparılsa Ermənistana qanunsuz verilən əkin və otlaq sahələri qaytarılmalıdır. Rəsmi İrəvanı düşündürən bir digər məsələ də Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin bir qisminin Azərbaycan sərhədlərinə daxil edilməsi ehtimalıdır. Ehtimal deyirəm, çünki bunun baş verəməsi tərəflər arasındakı danışıqlardan və kompromislərdən asılı olacaq. Lakin Ermənistan tərəfi ehtimallardan belə qorxduğu üçün indidən təşvişə qapılıb.

Prinsip etibarilə bu iddia birdən-birə ortaya çıxmayıb. Düşünürəm, sərhədlərin demarkasiya və delimitasiya prosesinin 1920-ci illərin xəritələri əsasında aparılacağı xəbəri Kreml tərəfindən daha dəqiq desək Putin tərəfindən məqsədyönlü şəkildə ortaya atılıb.
Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində “SSRİ- dən müstəqil olan ölkələrin SSRİ-yə daxil olarkən sahib olduqları əraziyə qayıtmalı olduğunu qeyd etmişdi”. Putinin bu sözləri Ukrayna, Polşa, Belarus, Baltikyanı, Qazaxıstan kimi ölkələrə sərf etmədiyi halda Azərbaycana sərf edir. Misal üçün Çar Rusiyası dağıldıqdan sonra krım tatarları Ukraynaya tabe deyildi. Krım tatarlarının müstəqil dövləti var idi. Krım məhz Stalin dövründə Ukraynaya birləşdirildi.

Putin faktiki olaraq Ermənistan-Azərbaycan arasında sərhəd problemini 1920-ci illərin xəritəsi ilə həll edərək gələcəkdə Ukrayna, Polşa, Qazaxıstan və s. ölkələrə təzyiq imkanı əldə edə biləcəyini düşünür.
Prinsip etibarilə bu mümkündür. Adıçəkilən keçmiş SSRİ ölkələrinin bir çoxuna indiki torpaqların bir qismi məhz sonradan verilib. İndiki halda Rusiya Cənubi Qafqazda prosesi məhz 1920-ci illərin xəritələri ilə həll edib bunu dünyaya qəbul etdirdikdən sonra istiqaməti post sovet ölkələrinə çevirəcək.

Rusiya Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakovun Ermənistana səfəri isə Putinin gizli planın icrasına başlanıldığını deməyə əsas verir. S.İstrakov Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq, eyni zamanda regiondakı mövcud hərbi-siyasi situasiya barədə fikir mübadiləsi aparıldığı bildirilib. Qeyri-rəsmi olaraq isə bu görüşün əsas hədəfinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olduğu iddiasını irəli sürmək mümkündür. Rusiya lideri Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı Azərbaycan və Ermənistan sərhədlərinin dəqiq xəritələrinin məhz Rusiya Baş Qərargahında saxlanıldığını bildirmişdi. Bunun ardınca Rusiya Baş Qərargah rəisinin müavininin İrəvana səfəri zamanı bu xəritələri apardığı və müzakirələrin də bu istiqamətdə olması mümkünlüyündən xəbər verir.
Turan Rzayev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir