KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Brüssel görüşünün detalları: 7 məsələ gündəliyə daxil edildi

Turan Rzayev: Brüssel görüşünün detalları: 7 məsələ gündəliyə daxil edildi

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
197 0

Brüsseldə AB Şurası rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutdu. Kifayət qədər diqqətçəkən görüş olduğunu demək olar.

Görüş zamanı müzakirə edilən detallar görüşün hansı atmosferdə keçdiyini və sonrakı proseslər ilə bağlı fikir irəli sürməyə əsas verir.

Bu dəfəki görüş zamanı daha çox mövzu müzakirə edilib. Daha dəqiq desək 7 əsas mövzu tərəflər arasında müzakirənin əsasını təşkil edir.

Birincisi, müzakirə edilən mövzulardan biri və ən ümumisi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesidir.

Bu məsələ o baxımdan ümumidir müzakirə edilən digər məsələlər həmin bu məsələnin detallarıdır. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, o cümlədən sülh müqaviləsinin hazırlanması və imzalanması danışıqların əsasını və yekununu təmsil edir.

Rəsmi Bakı məsələnin ən qısa zamanda, daha dəqiq desək, 2024-cü ilin sonlarına qədər həllində israrlıdır. Prosesi sürətləndirmək üçün əlindəki bütün diplomatik-siyasi rıçaqlardan istifadə edir. Hətta lazım gələrsə hərbi variantın da gündəlikdə olduğunu şifahi və əməli şəkildə göstərir. “Qisas-2” əməliyyatı buna misal ola bilər.

İkincisi, müzakirə edilən məsələ Azərbaycanın suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin məskunlaşması və növbəti mərhələdə məcburi köçkünlərin qayıtması məsələsidir.

Rəsmi Bakı bu məsələni daxili məsələ hesab etdiyi üçün Brüssel görüşünün gündəliyinə çıxarmaq istəmir. Lakin Ermənistan tərəfinin Qarabağı Azərbaycan ərazisi olaraq tanıması, bununla belə, ermənilərin taleyi ilə bağlı məsələdə narahatlığına görə bu məsələnin müzakirə edilməsi mümkündür.

Bütün hallarda rəsmi Bakını maraqlandıran məsələ reinteqrasiya prosesinin qısa zamanda, özü də uğurla başa çatmasıdır. Əgər bu məsələ Brüssel görüşlərində müzakirə ilə həllini tapacaqsa, bizim üçün heç bir fərqi yoxdur.

Diqqqətçəkən bir məqam isə Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia etməsidir. O bildirib ki, rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb.

Bu, “yol xəritəsi” 4 mərhələdən ibarətdir:

– Sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması;

– Qarabağda Azərbaycan manatının dövriyyəyə buraxılması;

– Qarabağdakı silahlıların tamamilə tərk-silah edilməsi və ləğv olunması;

– Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi;

Şahnazarov bildirib ki, bu proqramın həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub, hər mərhələnin başa çatması 3 ay ərzində edilməlidir.

Şahnazarovun açıqlamasının detallarından çox proqramın həyata keçirilməsi üçün 12 ay müddətin nəzərdə tutulması və hər mərhələnin 3 ay ərzində başa çatması diqqət çəkir. Bu, rəsmi Bakının prosesi bitirmək istədiyi müddətlə üst-üstə düşür. Bunun baş verib-verməyəcəyi gələcək proseslərdən asılıdır. Lakin ümumilikdə bu tipli bir həll variantını məqbul saymaq olar.

Üçüncüsü, müzakirə edilən məsələlərdən biri də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Prinsip etibarilə 10 noyabr bəyanatının dördüncü bəndinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli, bununla paralel Rusiya sülhməramlıları regiona gəlməli idi. Lakin bu bəndin icrası bu günə qədər icra edilməyib.

Hazırda Qarabağda 10 minə yaxın erməni silahlı birləşməsinin olduğu məlumdur. Ermənistan tərəfi Qarabağda onun hərbçilərinin olmadığını iddia etsə də son insidentlər fonunda ölən şəxslərin Ermənistan vətəndaşı olması müəyyən edildi.

Aydın məsələdir ki, rəsmi Bakı Qarabağdakı silahlıların Ermənistan nəzarətində olmadığını bilir. Burada edilən təzyiqlərin məqsədi Ermənistanın həmin silahlıları qanunsuz adlandırmasıdır. Rəsmi İrəvan Qarabağdakı silahlıları qanunsuz adlandırsa, bu, Bakının ehtimal antiterror əməliyyatı üçün əlini gücləndirər.

Dördüncüsü, Laçın sərhəd-keçid məntəqəsində son qaçaqmalçılıq cəhdlərinin aşkarlanması məsələləri də müzakirə edilən mövzulardandır.
Rəsmi Bakı Laçın sərhəd-keçid məntəqəsində nəzarət imkanlarının artırılmasında əlavə qurğuların qurulması buranın iki dövlət arasında əsas sərhəd-keçid məntəqəsi olmasını istəyir.

Digər dövlətlər ilə olduğu kimi Ermənistandan Azərbaycan ərazinə daxil olan şəxslər və ya yük maşınlarının beynəlxalq hüquq çərçivəsində tənzimlənmsini tələb edir.

Beşincisi, sərhədlərin demarkasiyası, nəqliyyat
kommunikasiyaları və dəhlizlərin açılması, xüsusən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi də tərəflər arasında müzakirə edilən mövzulardandır. Hətta demək olar ki, Brüssel görüşünün əsas müzakirə edilən mövzuları məhz bunlardır.

Sərhədlərin demarkasiyası məsələsində tərəflərin görüşləri fərqlidir. Düzdür, tərəflər bundan öncəki Brüssel görüşündə sərhədlərin 1991-ci il Almatı bəyanatına uyğun tanınmasında razı olsalar da anklav və eksklavlar məsələsində fikir ayrılığı müzakirələrin uzanacağını göstərir.

Bu məsələnin həlli sülh müqaviləsindən sonraya da qala bilər. Və ya anklav prinsipi, habelə tərəflərdən birinin güzəştə getməsi ilə daha tez müddətə həll edilə bilər.

O ki qaldı Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəhlizin açılması məsələsinə, Ermənistan dəhliz ifadəsinə qarşıdır. Ümumiyyətlə bu məsələnin həllində dəhlizə dəhliz prinsipi ilə həll edilməlidir. Yəni Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Yox, Ermənistan dəhliz vermək istəmirsə, əvəzində, Laçın dəhlizindən imtina etməlidir.

Altıncısı, Brüssel görüşü zamanı müzakirə edilən məsələlərdən ən maraqlısı bəlkə də Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələsidir.

Rəsmi Bakı bu məsələyə xüsusi həssaslıqla yanaşır. Hətta bu məsələnin yekunda icrası üçün regionlarda, habelə paytaxtda icmalar vasitəsilə Qərbi azərbaycanlıların siyahıya alınması prosesinə başlanılıb.

Ermənistanla Azərbaycan arasında yekun sülh olacaqsa Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı gerçəkləşməlidir. Unutmamaq lazımdır ki, proses məhz qərbi azərbaycanlıların deportasiyası sonrası ilə başladı.

Ermənistanda Qərbi azərbaycanlıların varlığı gələcəkdə gərginliyin yenidən alovlanmasının qarşısını ala bilər.

Yeddincisi, müzakirə edilən digər məsələ humanitar yüklərin marşrutu Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsidir.
Əslində bu məsələ rəsmi Bakının uzun müddətdir gündəliyindədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Laçın yolu ilə qanunsuz daşımalarının aşkarlanması fonunda isə rəsmi şəkildə tələb halına keçdi.

Bakı başda humanitar daşınmalar olmaqla, digər daşınmaların Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsini tələb edir. Bu baş verərsə Azərbaycan həm humanitar yük adı altında daşınan mallara nəzarət edə, həm də Qarabağ ermənilərinin təminatını özü qarşılaya bilər. Bu isə reinteqrasiya prosesinə müsbət təsir edə bilər.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir