KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Britaniya Azərbaycanı sanksiyalar siyahısına daxil edəcək?

Turan Rzayev: Britaniya Azərbaycanı sanksiyalar siyahısına daxil edəcək?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
310 0

Ötən gün Böyük Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc (Margaret Hodge) xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Xanım deputat əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanaın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”

Britaniyanın xarici işlər naziri Elizabet Trass ikinci sualla bağlı Belarusu misal çəkərək bildirib ki, “Qazaxıstan və digər ölkələrlə bağlı məsələyə baxıla bilər”.

Əvvəla onu qeyd edim ki, Belarusu misal çəkərək Qazaxıstan və Azərbaycana qarşı sanksiyaların tədbiq edilməsini istəmək ədalətli yanaşma deyil. Məsələ ondadır ki, Belarus rus qoşunlarının Ukraynaya girməsi üçün öz ərazisindən istifadə etməyə icazə verib. Bu da azmış kimi, dünən etibarilə Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub. Bu isə faktiki olaraq Belarusun Rusiya ilə birlikdə Ukraynaya müharibə elan etməsi deməkdir. Yəni başda Britaniya olmaqla digər ölkələrin rəsmi Minskə sanksiyalar tətbiq etməsi üçün əsas var. Lakin Qazaxıstan və Azərbaycanı bu siyahıya daxil etmək üçün təklif irəli sürmək doğru deyil.

Məsələ ondadır ki, Qazaxıstan Rusiya-Ukrayna müharibəsinin ilk günündən təmkinli davranır. Belarusdan fərqli olaraq Qazaxıstan Rusiyanın Ukraynaya qoşun yeritməklə bağlı təklifini açıqca rədd edib. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev isə mövcud Ukrayna-Rusiya müharibəsi haqda danışarkən Kremlin tərəfini tutmamış, məsələyə “Minsk razılaşması kağız üzərində qaldı, buna görə də Ukraynada hərbi əməliyyatlar başladı” deyərək münasibət bildirmişdi.

Tokayevdən fərqli olaraq Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın Donbası qorumaq üçün hərəkətlərini dəstəklədiyini bildirib. Görünür xanım deputat Qazaxıstanın adını çəkərkən bu ölkəni Qırğızıstanla səhv salır.

O ki qaldı Azərbaycana xanım deputatın Azərbaycanın adını hallandırması ümumiyyətlə doğru deyil:

Birincisi, Azərbaycan Qoşulmama təşkilatının üzvü və sədri olaraq mövcud Ukrayna-Rusiya müharibəsində tərəfsiz mövqeyini açıq-aşkar nümayiş etdirir. Rəsmi Bakı Qərbin Rusiyaya qarşı tədbiq etdiyi sanksiyalara qoşulmadığı kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsini də heç bir halda dəstəkləmir. Misal üçün Azərbaycan bundan öncə də Rusiyaya qarşı təşkil edilən “Krım platforması”na qatılmamış, ancaq Rusiyanın ilhaq etdiyi Krımı da Ukraynanın ərazi bütövlüyü olaraq tanıdığını açıqca elan etmişdi.

İkincisi, Azərbaycan hazırda MDB məkanında Ukraynaya ən çox humanitar yardım edən ölkədir. Rəsmi Bakı Ukraynaya 5 milyon avro dəyərində humanitar yardım və dərman ləvazimatları göndərib. Azərbaycan Ukraynaya həm də neft və neft məhsulları yardımı edir. Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Ukrayna və Rusiyaya vasitəçilik missiyasını təklif edir. Onu da deyim ki, həm rəsmi Moskva, həm də Kiyev Azərbaycanın vasitəçiliyinə müsbət yanaşır. Hətta tərəflər arasında mümkün görüş yeri kimi Bakının da adı çəkilir.

Üçüncüsü, xanım deputat görünür yuxarıda qeyd etdiklərimi tam mənasında bilmir və mövcud təklifini bir müddət öncə Rusiya ilə Azərbaycan arasında imzalanan “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə” yə əsaslanaraq irəli sürür. Bu belə özlüyündə doğru yanaşma deyil. Əvvəla, ona görə ki, məlum sənəd Azərbaycan parlamenti tərəfindən hələ ratifikasiya edilmədiyi üçün hüquqi qüvvəyə minməyib. Digər tərəfdən, Azərbaycan suveren ölkədir və milli maraqları naminə atacağı addımlarda heç kəsə hesab vermək məcburiyyətində deyil.

Nəticə etibarilə Marqaret Hodcun “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” sualına Britaniyanın xarici işlər naziri Elizabet Trassin Belarusu misal çəkib “Qazaxıstan və digər ölkələrlə bağlı məsələyə baxıla bilər” deməsi təəssüf doğursa da rəsmi Londonun Azərbaycana sanksiyalar tətbiq edəcəyini düşünmürəm.

Azərbaycan Britaniyanın etibarlı tərəfdaşıdır. Bakı-London ikili əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. 44 günlük müharibə zamanı da Britaniyanın Azərbaycana verdiyi dəstək məlumdur. Azərbcayn beynəlxaq hüququn normaların qeyd şərtsiz riayət edir. Əks bir vəziyyət olmadığı təqdirdə heç bir ölkə Bakını sanksiyalar ilə hədələyə bilməz.

Turan Rzayevkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir