KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Bayramov ABŞ-da işgüzar səfərdədir

Turan Rzayev: Bayramov ABŞ-da işgüzar səfərdədir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
27 0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da işgüzar səfərdədir. XİN başçısı səfər çərçivəsində NATO Zirvəsində iştirak edəcək, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlər keçirəcək.

Rəsmi Bakının sammitdə iştirak etməsi gözlənilirdi. Azərbaycan NATO ölkəsi olmasa da, Alyans ilə münasibətləri hər zaman yaxşı olub. Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi Bakı NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının üzvüdür. Bundan başqa, Bakı uzun illərdir ordusunu NATO standartlarında tərtib edir. NATO üzvü olan Türkiyənin Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqi olması da ölkəmiz ilə NATO arasında xüsusi bağ yaradır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycana səfər edərkən jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycanı NATO sammitinə dəvət etmişdi. C. Bayramovun ABŞ-a işgüzar səfəri görünür həm də bu təklif ilə əlaqədardır.

Ümumiyyətlə Bakının sammitə qatılması indiki məqamda çox vacibdir. Düzdür, ölkəmiz NATO tədbirlərində, sammitlərində hər zaman iştirak edib, dəvəti geri çevirməyib. Lakin budəfəki sammitlə bağlı fərqli versiyalar vardı.

Belə ki, Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması Bakın balans siyasətindən imtina edib Şərq Blokuna qoşulduğuna dair təəssüratlar yaratmışdı. Lakin Bakının NATO sammitinə qatılması bir daha onu göstərir ki, balans siyasətində dəyişiklik yoxdur və Azərbaycan hər iki qütbə eyni cür yanaşır.

Ümumiyyətlə, Azərbaycanın ABŞ və NATO ilə və ya Rusiya və Çin ilə strateji əməkdaşlığı kiməsə qarşı yönəlməyib. Əksinə Ceyhun Bayramov NATO sammitində iştirak etməsə idi, bu, bizim prestijimizə zərər vurar, Pekin və Moskvadan çəkindiyimiz təəssüatını yaradardı. Lakin bu da bir reallıqdır ki, gələcəkdə bloklardan birinin daha aqressiv siyasi xətt tutması halında Bakı digərindən istifadə edə bilər.

Rəsmi Bakı bütün bloklara eyni cür mövqe sərgiləyir, neytrallığını qoruyur. Bunu həm Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, həm də Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməsi göstərir. Azərbaycan həm də bu güclərə zəif persona olmadığını da göstərir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük qeyri-rəsmi sammiti də bunu sübut edir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir