KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Baş nazir güllələndi

Turan Rzayev: Baş nazir güllələndi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
29 0

Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – Şübhələr oxları bu ölkəyə yönləndirir

Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilib. Məlumata görə, o, respublika hökumətinin iclasının keçirildiyi binada atışma zamanı yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Sui-qəsdin diqqətçəkən tərəfi Robert Fitsonun Azərbaycana səfərindən dərhal sonra baş verməsidir. Mayın 7-də Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə geniş müzakirələr aparan Slovakiyanın Baş naziri ölkəsində sui-qəstə məruz qalır.

Fitsonun səfəri zamanı iki ölkə arasında birdən çox sənəd imzalandı. Lakin diqqətçəkən əsas məqam Slovakiya baş nazirinin üzvü olduğu Avropa İttifaqını Bakıdan tənqid etməsi idi.

Birincisi, Robert Fitso Prezident İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı demişdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”.

İkincisi, Robert Fitso Avropa İttifaqındakı bəzi dairələrin (ehtimal ki, Fransanı nəzərdə tutur) Azərbaycanla əlaqələri nəzərə almamasını kəskin tənqid etmişdi.

Üçüncüsü, baş nazirin səfəri çərçivəsində iki dövlət arasında “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm” – Fitso demişdi.

Slovakiya Avropa ittifaqının və NATO-nun üzvüdür. Ölkə bu iki təşkilatda təmsil olunur. Fitsonun bəyanatı isə onu deməyə əsas verir ki, o Aİ-nin Slovakiya və digər ölkələrin daxili işlərinə müdaxilə etməsindən narahatdır. İttifaqın xüsusilə Ukrayna ilə bağlı mövqeyi Slovakiyanı ciddi narahat edir.

Misal üçün, Qərbi tənqid edən R.Fitso Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini əsas göstərərək Ukraynanın NATO-ya daxil olması fikrinə qarşı çıxıb. Aİ və NATO-nu “sülh” sözünü işlətmədiyinə və daim müharibədən bəhs etdiyinə görə tənqid edib.

Ümumiyyətlə, Slovakiya öz təhlükəsizliyini düşünür və ölkə maraqlarına zidd olacaq addımlardan geri durur. Rusiyaya qarşı sanksiyalara səs verməkdən imtina etməsə də proseslərin Slovakiyaya təsirləri ciddi hesablanır.
Görünür, Fitsonun həm Ukrayna ilə bağlı ardıcıl çıxışları, həm də Bakıdan dedikləri Aİ-ni bərk qəzəbləndirib. Sui-qəsdin pərdəarxasında Fitsonun qeyd etdiyi, Avropa İttifaqındakı bəzi dairələrin dayanmasına dair şübhələr var. Daha dəqiq desək, sui-qəsdin sifarişçisi Fransa, icraçısı isə bu ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ola bilər!

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir