KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Bakının səbir kasası daşır: Prezident yeni əməliyyatın anonsunu verdi!

Turan Rzayev: Bakının səbir kasası daşır: Prezident yeni əməliyyatın anonsunu verdi!

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
282 0

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib və nitqi əsnasında bir sıra məqamlara toxunub.

Prezident bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığını desə də hələlik real nəticələrin əldə olunmadığını da vurğulayıb. “Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir” ölkə başçısı deyib.

Prezidentin çıxışı açıqca Azərbaycan-Ermənistan münasibətləri üzrə həm sülhə çağırış, həm də rəsmi İrəvana xəbərdarlıq mahiyyəti kəsb edir.

Delimitasiya prosesindən razıyıq, ancaq…

Ölkə başçısı müsbət məqamlardan bəhs edərkən sərhədlərin delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilməsi haqda danışıb. Prezident “bu ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Əlbəttə, bu formatdan bu tezliklə nəsə gözləmirik” deyib.
Delimitasiya prosesi həqiqətən də uzun bir prosesdir, ancaq rəsmi İrəvanın bu prosesdə konstruktiv olması və ya ümumən maraqlı olmasına dair işartıları rəsmi Bakı görmək istəyir. Lakin Ermənistan tərəfi buna o qədər də meyilli deyil.

Prezident tərəflər arasında birinci görüşün keçirilməsindən bəhs edərkən bu görüş daha çox tanışlıq xarakteri daşıdığını, gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulduğunu qeyd edib. Məhz prezidentin ikinci görüşlə bağlı “ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq” deməsi rəsmi İrəvana bir xəbərdarlıqdır.

Rəsmi Bakı Ermənistanın istər Rusiyanın, istərsə də Avropa İttifaqının təşəbbüsləri ilə əldə edilən razılaşmaların bir qismindən yayınması, qol-qanad açıb vaxt udmasına razı olmayacaq. Yəni proses 27 illik mənasız danışıqlar bənzəri müstəviyə keçməyəcək. Rəsmi Bakının Ermənistana güzəşdə gedəcək 27 ili yoxdur.

5 baza prinsipindən yayınmaq olmaz

Digər müsbət hal kimi ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş baza prinsipi Ermənistan tərəfindən qəbul edildiyini qeyd etdi. Bununla belə Prezident Ermənistanın bu məsələdə konkret addımlar atmamasında gileyləndi.

Hesab edirə Prezidentin 5 baza rpinsipini dilə gətirməsi heç də təsadüfi deyil. Prezidentin də dediyi kimi rəsmi Bakının bu təklifi beynəlxalq hüquq-norma və prinsipləri əsasında formalaşıb və Ermənistan rəhbərliyidə bunu qeyd-şərtsiz qəbul edib. Digər tərəfdən bu məsələni qonşu dövlətlər Türkiyə, Rusiya, İranla, habelə Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları müzakirə edib.
Prezident bir daha Ermənistan hakimiyyətinə sığına biləcəyi limanın qalmadığını, proseslərin təkcə Bakının istəyi ilə deyil, regionda marağı olan bütün ölkələr nəzərə alınaraq tərtib edildiyi mesajını vermiş oldu.

10 noyabr bəyanatının icra edilməyən maddələri

Prezidentin çıxında Ermənistana açıq xəbərdarlıqlar onun məhz 10 noyabr bəyanatı barədə danışarkən hiss edildi: “əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb”.

Söhbət erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasında gedir ki hazırda bu məsələ rəsmi Bakını narahat edən ən əsas mövzudur. Təəssüf ki, bu günə qədər bu məsələ öz həllini tapmayıb.
Prezident çıxışı zamanı Rusiyanın 10 noyabr bəyanatının 4-cü bəndini, yəni işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmadığını tez-tez yada saldı. Bu əslində regionda yeni hərbi əməliyyatların xəbərdarlığıdır. Prezident burada topu həm də Kremlin üzərinə atır. Çünki Bakı sülhməramlıların regiona gəlməsinə o şərtlə icazə verib ki, işğalçı qüvvələr Azərbaycan ərazisini tərk etsin. Az qala iki il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb.

Rəsmi Bakı 2022-ci ilin martında Fərrux yüksəkliyini və Fərrux kəndini separatçılardan təmizləməklə həm rəsmi İrəvana, həm də Kremlə ilk ciddi xəbərdarlığı etmişdi. Mümkündür ki, yenidən bu dəfə daha təsirli bir xəbərdarlıq edilsin. Konkret tarix demək üçün tez olsa da mümkündür ki, bu bugüki Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüş sonrası bir daha dəqiqlik tapsın.

İrəvan status iddialarına Bakının Zəngəzur cavabı

Ölkə başçısının çıxışda diqqətçəkən ən önəmli məqamlarından biri də son vaxtlar Ermənistan rəhbərliyinin dilə gətirdiyi status məsələsində oldu. Ölkə başçısı açıqca qeyd etdi ki, “müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim – Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur”.

Düzdür, rəsmi İrəvan müəyyən müddət buna əməl etdi, lakin son zamanlar bu məsələ yenidən gündəmə gətirilməyə çalışılır. Cənab prezident bir daha qeyd etdi ki, heç bir status müzakirə predmeti deyil. Rəsmi İrəvan bundan sonra yenə status məsələsini dilinə gətirsə biz də status haqqında danışa bilərik. Ölkə başçısı açıqca elan etdi ki, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq, görək nəticəsi nə olacaq.

Nəticə etibarilə ölkə başçısı yeni əməliyyatların anaonsunu verdi. İcra tarixi hələlik bəlli olmasa da bugünkü Bayramov-Mirzoyan arasında görüş buna aydınlıq gətirəcək.

Turan RzayevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir