KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Bərzaninin səfəri Tehranı qorxuya saldı: Naxçıvanla sərhəddə…

Turan Rzayev: Bərzaninin səfəri Tehranı qorxuya saldı: Naxçıvanla sərhəddə…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
208 0

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general-mayor Məhəmməd Baqiri və bir neçə yüksəkrütbəli zabit Azərbaycan Respublikası ilə sərhəddə olub. Onlar Naxçıvanla yaxınlıqda yerləşən hərbi hissələrin vəziyyəti ilə tanış olublar.

Baqiri bildirib ki, səfərin məqsədi sərhəddə passiv müdafiənin vəziyyətini yoxlamaqdır. Sərhədçilərlə görüş zamanı onların “hər an döyüşə hazır olduğu”, “ərazidə hər bir hərəkətin izlənildiyi” vurğulanıb.

Bərzani detalı

Düzdür, rəsmi Tehran son illər bənzər addımları tez-tez atır. Misal üçün, 2022-ci ildə İranın Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi “Qüdrətli İran” adlı hərbi təlimlər buna misal ola bilər. Məhəmməd Baqiri və bir neçə yüksəkrütbəli zabitin Azərbaycanla sərhəddə gəlməsi aydın məsələdir ki, təsadüfi deyil.

Xüsusilə də bu səfərin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycan Respublikasına işgüzar səfərə gəlməsindən bir gün sonra baş verməsi diqqət çəkir.

Tehran Bakı-Ankara-Ərbil yaxınlaşmasından narahatdır. Ənənəvi olaraq bu yaxınlaşmanı özü üçün təhdid hesab edir. İranda Kürdüstana münasibət onsuz da çox mənfidir. Rəsmi Tehran son zamanlar Ərbil hökumətini açıq-aşkar təhdid edir. Belə bir zamanda Bərzaninin Bakıya səfəri, ölkə başçısı ilə ikili görüş keçirməsi, bundan öncə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasiminə dəvət edilməsi rəsmi Ərbilin İran təhdidi qarşısında Ankara və Bakı ilə yaxınlaşmasından xəbər verir.

Bakı-Ankara-Ərbil paktı

Həm Azərbaycan, həm də Türkiyə üçün İraq Kürdüstanı çox vacibdir. Bakının enerji sahəsindəki geostrateji, Ankaranın isə regional geopolitik maraqları bu vacibliyin əsasını təşkil edir. Bu maraqların riskə girməməsi üçün həm Bakı, həm də Ankara Ərbilə dəstək verə bilər.

Baqiri bildirib ki, səfərin məqsədi sərhəddə passiv müdafiənin vəziyyətini yoxlamaqdır. Burada “passiv müdafiə” deyərkən ərazinin yerli etnik türk və kürd əhalisinin ayağa qalxması nəzərdə tutulur. Ümumiyyətlə, Urmiya gölü ətrafı ərazilərdə böyük ölçüdə Güney Azərbaycan türkləri və kürdlər yaşayır.

Tehran Bakı və Ankaranın təlimatı ilə Güney Azərbaycan türklərinin, Ərbilin təlimatı ilə kürdlərin ayağa qalxmasından ehtiyat edir.
Düzdür, hələlik nə Bakı, nə Ankara, nə də Ərbilin belə niyyəti var, lakin İrandakı sosial narazılıq etnik diskriminasiya kürdlər və Azərbaycan türkləri ilə mərkəzi hakimiyyət arasında münasibətləri soyuqlaşdırıb.

İsrailin və MOSSAD-ın da aktiv şəkildə İranın etnik müxalifət nümayəndələri ilə görüşlər keçirməsi, təmaslar qurması Tehranı ehtiyatlı olmağa vadar edir.

İki mesaj

Bir daha xatırlatmaq lazımdır ki, Baqiriyə görüş zamanı sərhədçilərin “hər an döyüşə hazır olduğu”, “ərazidə hər bir hərəkətin izlənildiyi” vurğulanıb.

Sual yaranır: İranın Naxçıvanla sərhəddə düşməni kimdir? İran kiminlə döyüşə hazırlaşır?
Baqiri və digər SEPAH komandirləri Naxçıvanla yaxınlıqda yerləşən hərbi hissələrin vəziyyəti ilə tanış olduğunu nəzərə alsaq, mesajın

Azərbaycana ünvanlandığını demək olar.
Aydın məsələdir ki, İran Azərbaycanla müharibə etməyəcək. Lakin bununla belə, Tehran Bakını təhdid etməkdən çəkinmir. Bu həm İranın Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdinin uğursuz olması, həm də rəsmi Bakının Tehranı narahat edən məsələlərdə sərgilədiyi mövqeyə reaksiyadır.

Bakının cavabı

Məhəmməd Baqiri və bir neçə yüksəkrütbəli zabit Azərbaycan Respublikası ilə sərhəddə Naxçıvanla yaxınlıqda yerləşən hərbi hissələrin vəziyyəti ilə tanış olarkən Astara və Lənkəran rayonunda İranın ölkəmizdəki casus şəbəkəsinə qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 20-yə yaxın şəxs saxlanılıb.

Ümumi mənada bunu Bakının Tehrana cavab addımı kimi qiymətləndirmək olar. Azərbaycan tərəfi bu adımla həm də İran agenturasını ifşa etdiyini, Tehranın ehtimal provokasiyalarına qarşı addım atmaq iqtidarında olduğu mesajını verir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir