KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Azərbaycan ordusunun dəyişən mövqeləri: Erməni canfəşanlığının pərdəarxası məqaları

Turan Rzayev: Azərbaycan ordusunun dəyişən mövqeləri: Erməni canfəşanlığının pərdəarxası məqaları

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
315 0

Ermənistan yenə saxta göz yaşları axıdır. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 24 mart tarixində guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanat yayıb. Bəyanatda erməni tərəfi iddia edir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-lardan istifadə edilir, silahlı toqquşma baş verir. Hətta hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfi məlumat da yayıb.
Aydın məsələdir ki, yayılan məlumatlar əsassızdır və təxribat xarakterlidir. 44 günlük müharibə gedişində biz ermənilərin necə mahir yalançı və dezinformasiya yaymaqda peşəkar olduğunu yaxşı bilirik. Bu mənada artıq bu cəhətlərin bir faydası yoxdur. Bununla belə rəsmi İrəvan hər zaman olduğu kimi, bu gün də beynəlxalq ictimaiyyətin diqqətini regiona çəkmək məzlum erməni xalqı obrazı yaratmağa çalışır.
Nə baş verir?
Qarabağda yaşayan ermənilər onlara verilən qazın tez-tez kəsilməsindən soyuq və qarlı hava şəraitində dözülməz vəziyyətdə olduqlarından şikayətlənirlər. Onlar Azərbaycan hökumətini qazı “məqsədli şəkildə” kəsməkdə ittiham edib. Ermənistan Xarici İşlər Nazirliyi də 24 mart tarixində yaydığı bəyanatda bu məsələyə yer verib.
Birincisi, Azərbaycanın suveren ərazilərinə aid məsələlər barədə açıqlama vermək başda Ermənistan olmaqla, heç bir ölkənin həddinə deyil. İlk növbədə bu beynəlxalq hüquqa ziddir. Bu həm də Azərbaycanın ərazisinə müdaxilə və ona qarşı ərazi iddiasının növbəti təzahürüdür. Heç bir ölkə başqa bir ölkənin daxili işinə qarışa bilməz.
İkincisi, Qarabağda yaşayan ermənilər onlara verilən qazın tez-tez kəsilməsindən, soyuq və qarlı hava şəraitində dözülməz vəziyyətdə olduqlarından şikayətlənirlər. Bu texniki bir məsələ ola bilər, lakin rəsmi Bakı heç də bu insanlara qaz vermək məcburiyyətində deyil.
Azərbaycan bütün vətəndaşlarına etnik, dini, irqi fərqlər olmadan bərabər hüquqlar verir. Qarabağda yaşayan erməni əsilli insanlara da Azərbaycan vətəndaşlığını qəbul edə və bütün Azərbaycan vətəndaşlarının malik olduqları hüquqlardan istifadə edə bilər. Qarabağda yaşayan erməni əsilli şəxslərə bu şans tanınıb. Bu şəxslər isə bu günə qədər bu şansdan yararlanmaq istəməyib. Yəni bu reallıqlar çərçivəsində ermənilərin rəsmi Bakıdan təbii qazın tez-tez kəsilməsindən şikayət etmələri əsassızdır.
Üçüncüsü, Ermənistanın vəziyyətdən siyasi
manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır. Azərbaycan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində texniki problemlər yaranıb. Bu texniki problem aradan qaldırıla bilər, ancaq unudulmamalıdır ki, Ermənistan uzun illər ərzində 400 mindən çox əhalisi olan Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayıb. Ermənistanın indi Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi bu ölkənin siyasi riyakarlığından başqa bir şey deyil.
Həsənov-Şoyqu danışığı
Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, “bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur”. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.
Azərbaycan tərəfinin rəsmi məlumatından bu qənaətə gəlmək olar ki, mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi atışmasız baş tutur. Ümumiyyətlə Azərbaycan tərəfi hansı addımı atırsa, bu, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın icrasını təmin etmək məqsədi daşıyır. Burada hər hansı hüquq pozuntusundan söhbət gedə bilməz.
Azərbaycan ordusunun sülhməramlılar olan ərazilərdə hər hansı mövqe yerdəyişməsi və dislokasiya yerlərinin dəqiqləşdirilməsi hərbi qaydalara da uyğundur. Təsadüfi deyil ki, martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub. Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər. Bu fakt belə özlüyündə rəsmi Bakının prosesi hərbi və siyasi qaydalara uyğun apardığını sübut edir.
Fərrux və Pirlər kəndinin Bakı üçün önəmi
Son günlər sosial şəbəkələrdə Xocalının Fərrux və Pirlər kəndi ilə bağlı informasiyalar yayılır. Azərbaycan ordusunun sülhməramlıların məsuliyyət zonasındakı həmin ərazilərə nəzarəti bərpa etdiyinə dair məlumatlar var.
Fərrux kəndi və ətraf ərazilər rəsmi Bakı üçün həm strateji, həm də mənəvi olaraq oduqca vacibdir.
Birincisi, Fərrux kəndi və ətraf ərazilər Ağdamın təhlükəsizliyi baxımından vacib nöqtələrdir. Bu ərazilərdə nəzarətin Azərbaycan silahlı qüvvələrinə keçməsi ilk Ağdamın təhlükəsizliyinin tam təmin edilməsi deməkdir.
İkincisi, Fərrux kəndi rəsmi Bakının mənəvi qızıl almasıdır. Bu kənd özülüyündə böyük mənəvi və psixoloji məna daşıyır. Belə ki, ermənilərin “yazarı” əslində isə uşaq qatili Zori Balayan Birinci Qarabağ müharibəsi gedişində Fərruxu Qarabağın “qızıl açarı” adlandırırdı. Təsadüfi deyil ki, ermənilər bura çoxlu muzdlu qüvvə yerləşdirmiş, işğalı surətləndirmişdi. Birinci Qarabağ müharibəsində Fərrux kəndi uğrunda Azərbaycan silahlı qüvvələri xeyli şəhid verib.
Üçüncüsü Fərruxda kütləvi məzarlıqların olması da istisna deyil.
Hesab edirəm Ermənilərin hazırkı canfəşanlığının bir səbəbi də məhz budur. Ermənilər bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq kimi Fərruxda da kütləvi məzarlığın aşkarlanmasından qorxur.
Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir