KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Araik hansı gücə arxalanarq Paşinyana müharibə elan edir?

Turan Rzayev: Araik hansı gücə arxalanarq Paşinyana müharibə elan edir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
344 0

Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb” sözləri həm Ermənistanda, həm də separatçılar nəzdində ciddi mübahisələrə səbəb olub. Aydın məsələdir ki, Paşinyanın bu açıqlaması sonrası həm xaricdəki erməni diasporu və lobbisi, həm də daxildəki ultramilliyyətçi və radikal muxalifət ona qarşı cəbhə açacaq. Paşinyanın sözlərinə ən kəskin etiraz isə hələlik separatçılardan gəlib.

Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın açıqlamasına etiraz edərək deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil. Separatçı rejim liderlərindən olan David Babayan isə dünən mətbuata açıqlama verərək “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz edib.

Ermənistan rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin liderləri arasında həmişə müəyyən narazılıqlar olub. Bu Paşinyandan öncə də belə olub. Yeganə fərq onda idi ki, Araik Arutyunyanla Nikol Paşinyanın münasibətləri başqaları ilə müqayisədə xeyli yaxın görünürdü. Misal üçün Paşinyan hakimiyyətinin ilk illərində tez-tez Qarabağa qanunsuz səfər edir, separatçı lider Araik Arutyunyana inaqurasiya mərasimi keçirir, Şuşada yeni parlament binası açmaq istəyir, Cıdır düzündə separatçılar ilə yallı gedirdi. Araik Arutyunyan da öz növbəsində bu il Ermənistanda keçirilən parlament seçkiləri zamanı məntəqələrin birində Paşinyanın tərəfdarı kimi fəaliyyət göstərmişdi. Bütün bunları nəzərə alsaq, məntiqi bir sual meydana çıxır: Araik Arutyunyan Nikol Paşinyana faktiki müharibə elan etməklə hansı gücə arxalanır?

Hesab edirəm Araik bu məsələdə Kremlə arxalanır. Lakin Kremlin separatçılara görə, rəsmi Bakı ilə qarşı-qarşı gələcəyini düşünmürəm. İndiki halda Rusiyanın Azərbaycandan məmnun olduğunu demək olar. Hətta rəsmi İrəvanın əksinə, son proseslərdə Bakı özünün nə qədər yaxşı və etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu mənada Araikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək. Digər tərəfdən, Rusiya faktoru hər nə qədər olsa da separatçılar üçün əsas dəstək həmişə Ermənistan olub. Ermənistan isə bu gün bu dəstəkdən imtina edir.

Hazırda yeni situasiya yaranır və Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlayıb. Hesab edirəm rəsmi Bakı üçün ideal fürsət yaranıb və bu fürsətdən istifadə etmək lazımdır. Misal üçün Ermənistan ilə separatçılar arasında yaranan gərginlikdən Bakı maksimum dərəcədə istifadə edib proses yekunlaşdırmalıdır. Digər tərəfdən, proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Hesab edirəm, Sankt-Peterburqda gözlənilən görüşdə sülh müqaviləsi də müzakirə olunacaq. Separatçılara gəldikdə isə Ermənistan faktoru oldu, ya olmadı gec-tez Qarabağda anti-teror əməliyyatı başlaya bilər. Onu da deyim ki, bu əməliyyatların məqsədi mülki ermənilər deyil, qanunsuz silahlı dəstələrin məhfi və Azərbaycan ərazi bütövlüyünün tam təmin edilməsidir. Araikin son sözləri faktiki olaraq antiterror əməliyyatına başlaması üçün Bakıya əsas verir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir