KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rızayev: Əliyevin güvəndiyi Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir?

Turan Rızayev: Əliyevin güvəndiyi Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
411 0

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Ərdoğan arasında Soçidə baş tutacaq görüş öncəsi Belarus Prezidenti Aleksandr Lukaşenko Soçiyə gəlib. Lukaşenkonun səfəri özəl xarakter daşısa da onun Soçidə istirahət evinə dincəlmək üçün gəldiyi vaxtın Soçi görüşü öncəsinə təsadüf etməsi diqqət çəkir.

Əvvəla onu qeyd edim ki, Prezident İlham Əliyevin Soçi görüşündən gözləntiləri böyükdür. Təsadüfi deyil ki, görüş öncəsi prezident Rusiya və Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlıları ilə bağlı müsbət mesajlar verdi. Xüsusilə ölkə başçısının dünən Anım Günü ilə bağlı Rusiya və Türkiyə mediasına verdiyi müsahibələr də sülhməramlılar ilə bağlı bənzər fikirləri səsləndirməsi onun görüş öncəsi Kremlə münasibətləri gərginləşdirmək istəmədiyini göstərir.

Aydın məsələdir ki, Soçi görüşü zamanı Ərdoğan və Putinin müzakirə edəcəyi başlıca mövzulardan biri Qarabağ məsələsi olacaq. Düzdür, Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidə baş tutacaq görüşdə tərəflərin Suriyadakı terrorçular və müxaliflərin sərhədinin müəyyən edilməsi məsələsini müzakirə edəcəyini bildirsə də Ərdoğanın Qarabağ məsələsini israrla müzakirəyə daxil edəcəyi sirr deyil. Ərdoğanın dünən 44 günlük müharibənin başlanmasının ildönümü münasibətilə Prezident İlham Əliyevə zəng etməsi də bunu bir daha təsdiqləyir.
Ümumiyyətlə rəsmi Bakı və Ankara arasında siyasi məsləhətləşmələrin olması artıq adi bir hala çevrilib. Tərəflər vaxtaşırı telefon zəngi ilə və ya birbaşa görüşərək regionda baş verən prosesləri müzakirə edir, birlikdə atılacaq addımları müəyyən edərək veriləcək qərarların detallarını birlikdə müzakirə edir. Bu mənada deyə bilərik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısına telefon zəngi təkcə 44 günlük müharibənin Anım Günü ilə əlaqəli deyil, həm də Soçi görüşü öncəsi son məsləhətləşmədir.

O ki qaldı Lukaşenkonun görüş öncəsi Soçiyə istirahatə gəlməsinə deyə bilərəm ki, Soçi şəhərində belə vacib bir görüşün keçirildiyi anda Lukaşenko çətin ki, istirahət etsin. Belarus prezidenti, Rusiya prezidenti və Azərbaycan prezidenti ilə münasibətlərinin nə dərəcədə yaxşı olduğu hərkəsə bəlidir.

Bundan əlavə, son illərdə Lukaşenko-Ərdoğan dialoqu da inkişaf etməkdədir. Düşünürəm, Lukaşenko Soçi görüşünə qatılmasa da görüş öncəsi Əliyevin istəyi ilə Putinlə danışa, müəyyən mənada onun düşüncələrini öyrənə bilər. Lukaşenkonun Soçi görüşü öncəsi Ərdoğanla qeyri-rəsmi telefon danışığı etməsi də mümkündür. Nəticə etibarilə Soçi görüşündə Qafqazla bağlı qərar qəbul edilsə, burada Lukaşenkonun vasitəçiliyi və təmasları oldquca müstəsna olacaq.

İndiki halda Lukaşenkonun Türkiyə və Azərbaycana yaxınlaşması da təsadüfi deyil, ölkə rəhbərləri arasında dostluqdan əlavə Belarusun ciddi ölçüdə maliyyə yardımına ehtiyacı var. Lukaşenko anlayır ki, ölkə iqtisadiyyatını və rifahını yaxşılaşdıra bilsə bu ona qarşı günü-gündən artan narazı kütləni az da olsa tətmin edə bilər. Buna görə də Belarus prezidenti müəyyən mənada Ankara və Bakını maraqlarını öz maraqları olaraq görür.

Turan Rızayev kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir