İranı ahvazda kim vurdu ?

İdlib anlaşmasına Amerika təhlükəsi

İranda askeri geçit törenine saldırı

İdlip Olayı Nasıl İncelenmeli -II-

“Turan” informasiya agentliyi: “Əli Kərimli həbs oluna bilər”

Azerbaycan, Gündem, Manşet Üstü 25 Ağustos 2016
766

Azərbaycan rəhbərliyində bəzi qüvvələr Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs edilməsini və zərərsizləşdirilməsini istəyir. Bu barədə Turan-a adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib.

Mənbə qeyd edib ki, həbs ötən həftənin sonlarından növbəti məzuniyyətə getmiş dövlət başçısı İlham Əliyevin ölkədə olmadığı zamana planlaşdırılıb. Son günlər AXCP fəallarının həbsləri Əli Kərimlinin zərərsizləşdirilməsinə müqəddimə olmalıdır.

Avqustun 19-da axşam Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Baş Prokurorluğu “Azərfon” mobil rabitə şirkətinin əməkdaşı Fuad Əhmədlinin abunəçilərin şəxsi məlumatlarının yayılması, habelə Türkiyədə bədnam ilahiyyatçı Fətullah Gülənə qarşı rəğbəti olması ittihamı ilə həbsi haqqında birgə bəyanatla çıxış edib.

Avqustun 20-də “Azadlıq” qəzetinin maliyyə direktoru, Fətullah Gülənin “Hizmet” hərəkatının imamı elan edilən Faiq Əmirli həbs olunub. Avqustun 24-də AXCP üzvü İsmayıl Rəsulov saxlanılıb. Elə həmin gün məhkəmədə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə növbəti dəfə bildirib ki, onu “Nardaran hadisələri”nin Milli Şura və Əli Kərimli tərəfindən təşkil edildiyi barədə ifadə verməyə məcbur ediblər.

Son 10 gündə ümumilikdə 6 AXCP üzvü həbs olunub. Dövlət qurumları və KİV-ləri fəal olaraq ictimaiyyəti AXCP-nin “Gülən hərəkatı” ilə sıx əlaqələri olduğuna inandırmağa çalışır. Hətta Azərbaycan müxalifətinin Fətullah Gülənlə əlaqələrini araşdıran cinayət işi olduğu deyilir.

“AXCP-yə yaxın “Azadlıq” qəzetində maliyyə yoxlaması başlanacağı gözlənilir və Faiq Əmirlinin həbsi bu yoxlamalara başlamaq üçün bəhanədir”, – deyə məlumatlı mənbə qeyd edib.

Müxalifət hakimiyyətin Gülənlə əlaqələri olduğu haqqında bəyanatlarını təkzib edir, Azərbaycan hakimiyyətinin “Hizmet” hərəkatı ilə əməkdaşlığının konkret nümunələrini göstərir.

Belə ki, 2014-cü ildə Prezident Administrasiyasında və digər dövlət qurumlarında, KİV-in məlumatına görə, Gülənlə əlaqələri ifşa olunmuş bir sıra vəzifəli şəxslər işdən azad edilib.

Kərimlinin zərərsizləşdirilməsinin nəyə lazım olduğu barədə suala cavabda mənbə bu məsələni təşəbbüskarı prezident olan Konstitusiyaya dəyişikliklər üzrə 26 sentyabr referendumu və ondan sonra hakimiyyətin İlham Əliyevin əlində cəmləşməsi dövrü ilə əlaqələndirib.

Elə həmin dairələr hesab edirlər ki, Kərimli və onun tərəfdarları güclənməkdə olan sosial-iqtisadi böhran fonunda baş verən daxili siyasi proseslərə təsirlərini məhdudlaşdırmaq məqsədilə zərərsizləşdirilməlidir.

AXCP sədri baş verənlərə münasibət bildirib. O, “Feysbuk” səhifəsində yazıb:

“Bu qədər mus-mus deməkdənsə, birbaşa Mustafa demək lazımdır. Heç bir günahı olmayan AXCP üzvlərini, qohumlarımı niyə həbs edib, incidirsiniz? Sizin üçün problem mənəmsə, həbs edin. Əl çəkin, günahsız adamlardan. Mən bu yola çıxanda, nəinki həbs edilməyimi, hətta ölümü də gözə almışam. Heç nədən qorxmuram. Evdəyəm, gözləyirəm. Hə, bəhanəniz yoxdur? Fikir etməyin, köməkləşib, bir şey düzüb-qoşarıq. Təki başqa günahsız insanlardan əl çəkin! Ancaq onu da bilin ki, sizi heç bir repressiya xilas etməyəcək!”

Yorumlar