KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Tural Rzayev: Bakının arqumenti Haaqada İrəvanın iddialarını çürütdü!

Tural Rzayev: Bakının arqumenti Haaqada İrəvanın iddialarını çürütdü!

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
14 0

Dünən keçirilən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan üçün tam bir fiasko ilə nəticələndi. Belə ki, məhkəmə Ermənistanın irəli sürdüyü əsas iddiaları təmin etmədi. Rəsmi İrəvan bununla da Brüssel görüşü öncəsi nail olmaq istədiyi hüquqi üstünlükdən məhrum oldu.
Rəsmi İrəvan onuszda məhkəmənin qərarından çəkinirdi. Təsadüfi deyil ki, məhz buna görə erməni tərəfi minaladıqları ərazilərin xəritələrini məhkəmədən öncə Azərbaycana qaytardı. Lakin bu hiyləgər gediş də Ermənistanın istəyinə nail olmasına səbəb olmadı.

Hesab edirəm Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın irəli sürdüyü iddiaları təmin etməməsi düzgün qərardır və hər birinin də konkret səbəbi var:

Birincisi, məhkəmə Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etmədi. Erməni tərəfi iddia edir ki, Azərbaycanda ”müharibə məhbusları” məhz erməni əsilli olduğu üçün saxlanılır. Yəni ermənilər bu iddianı etnik nifrət kontekstində irəli sürüblər.

Məsələ ondadır ki, hazırda Azərbaycanda Ermənistanın qeyd etdiyi kimi ”müharibə məhbusu“ yoxdur. Rəsmi Bakı 44 günlük müharibə zamanı hərbi əsir kimi ələ keçirilən erməni hərbçilərini elə müharibə gedişində beynəlxalq hüquqa uyğun olaraq rəsmi İrəvana təhvil verib. 10 noyabr bəyanatı sonrası Azərbaycanın ələ keçirdiyi erməni hərbçilər isə heç bir halda hərbi əsir və ya Ermənistanın dediyi kimi “müharibə məhbusu” adlana bilməz. O ki qaldı Ermənistanın irəli sürdüyü etnik nifrət arqumentinə bu çox absurd yanaşmadır.

Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda erməni əsilli vətəndaşlar yaşayır. Bu günə qədər də onlara qarşı etnik zəmində zorakılıq ya da nifrət ünsürləri sərgilənməyib. Görünür, Beynəlxalq Ədalət Məhkəməsidə Ermənistanın bu təklifini məntiqsiz və əsassız sayıb ki, onu təmin etməyib.

İkincisi, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib. Ümumiyyətlə belə bir tələbin irəli sürülməsi yanlışdır. Heç bir ölkə başqa bir ölkə ərazisində salınan parkın bağlanmasını tələb edə bilməz. Əvvəla, ona görə ki, bu təklif Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Bundan başqa bu və bu kimi parkların salınmasını məhdudlaşdıran və ya qadağa edən beynəlxalq konversiya yoxdur. Dünyanın bir çox ölkəsində bənzər parklar və ya hərbi muzeylər mövcudur.

Üçüncüsü, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasını təmin etməyib. Hesab edirəm bu məsələdə Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Ermənistanın 90-cı illərdə başda Xocalı soyqırımı olmaqla törətdiyi çoxsaylı cinayətlər insan haqlarının kobud şəkildə pozulmasıdır.

44 günlük müharibə zamanı Ermənistanın hərbi əsirlərə rəftarı, qeyri-insani davranışı bundan başqa 27 illik işğal dövründə Azərbaycan ərazisinə vurduğu ziyan da erməni vəhşiliyinin təcəssümüdür. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib ki, istənilən vaxt onlar gəlib həm müharibə zamanı, həm də müharibə sonrası saxlanılan hərbi əsirlər, eyni zamanda diversantların səhhəti ilə maraqlana bilərlər. Ermənistan isə bu günə qədər belə bir təklif etməyib.

Hesab edirəm, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarına baxmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut, dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. Bu mənada deyə bilərik ki, Azərbaycanın əsaslı arqumentləri və təqdim etdiyi sənədlər Ermənistanın bütün əsassız iddialarını çürütdü.
Bundan başqa, Azərbaycanın sübut, dəlilləri məhkəməyə təqdim etməsi nəticəsində məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi.
Tural Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir