MOSKVA UKRAYNADA PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLAŞIR!

ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Baguz tepesine bayrak diken ypg-pkklı teröristler ne yapmak istiyor

Novruz bayramı haqqında bilmədiklərimiz

TRAMPLA PUTİNİN GÖRÜŞÜNDƏN HANSI NƏTİCƏ ÇIXDI?

Gündem, Rusya 16 Temmuz 2018
48

ABŞ və Rusiya prezidentlərinin Helsinkidəki görüşlərinin ardından keçirdikləri birgə mətbuat konfransından gəldiyim nəticələr bunlardır: Birincisi, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır. Məsələn Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu vurğuladı. Halbuki, Tramp özününkülərindən narazıdır ki, niyə Amerikada onun Şimali Koreya nüvə məsələsinin həllindəki rolunu lazımınca qiymətləndirmirlər. Putin bu mənada Trampın zəif damarını tapıb. Üçüncüsü, İran məsələsində razılaşma əldə olunmadı, tərəflərin mövqelərində dəyişiklik baş vermədi, bu heç gözlənilmirdi də. Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Dördüncüsü, prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər.

“Rusiya ABŞ-dakı seçki prosesinə qarışmayıb və qarışmayacaq” – bu fikri Putin bir daha amerikalı həmkarının diqqətinə çatdırdı. Trampdan olsa Putinə inanardı. Məsələ burasındadır ki, Trampa Amerikada müxalif olanlar, o cümlədən Konqres və media Putinin dediklərinə inanmır və Ağ ev sahibi durumu dəyişə bilmir. Putinin mətbuat konfransında amerikalı jurnalistin sualına cavab olaraq “bəli, mən Amerikada prezident seçkisində Trampın qələbə qazanmasını istəyirdim” etirafı da Ağ Ev sahibinə ölkəsində az problem yaratmayacaq. Putin inanır ki, Trampla dialoq ümumi işin xeyrinədir. Ancaq Konqres və Amerikadakı müxtəlif siyasi və media mərkəzləri belə hesab etmir.

Ukrayna məsələsində tərəflərin mövqeləri dəyişməyib. Bu görüşə qədər ehtiyat edilirdi ki, Donald Tramp Krımın ilhaqını qəbul edə bilər. Helsinkidə bu baş vermədi. Mətbuat konfransında prezidentlər Ukrayna mövzusuna ümumiyyətlə toxunmadılar. Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki, Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi. Çünki, Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Obama özünə borc bilirdi ki, Ukraynanı dəstəkləsin. Trampın isə belə bir dərdi yoxdur.

Bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır. Ancaq Tramp mətbuat konfransında Rusiyanı və Putini düşmən deyil, yaxşı mənada rəqib adlandırdı. Tramp Putinin gözünün içinə baxaraq onu düşmən adlandıra bilməzdi. Ona görə də əvvəlki ritorikasını zəiflətdi. Ancaq görüşdən sonra Tramp yenə də istədiyi kimi danışacaq. Tramp mətbuat konfransında onu da açıq dedi ki, Rusiya iki ölkə arasındakı münasibətlərin soyumasında Amerikanın keçmiş administrasiyalarından az günahkar deyil.

Helsinki görüşünün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək. Trampa və Putinə də elə bu lazım idi. Ancaq Putinin amerikalı həmkarı ilə dialoqda bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir. Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir.

Elhan Şahinoğlu


Elhan Şahinoğlu

Yorumlar