Ahvaz saldırısı ve 88. kuruluş yıldönümünde Suudi Arabistan!

Rus uzman: Aliyev ve Nazarbayev SSCB’nin başına geçseydi ülke dağılmazdı

İranı ahvazda kim vurdu ?

İdlib anlaşmasına Amerika təhlükəsi

Trampın kürdləri silahlandırması proqramının icrasına başlanıldı

Gündem 1 Haziran 2017
330

Pentaqon Suriya kürdlərinə 300 milyon dollarlıq silah verəcək

ABŞ Müdafiə Nazirliyinin Suriya kürdlərinə silah verilməsi prosesi başlayıb. BBC-nin məlumatına görə bu barədə NBC telekanalı məlumat yayıb. Məlumatda son iki gündə YPG-yə silahların verilməsinin başlandığı qeyd olunur. Ancaq silahların hansı yollarla göndərilməsi haqda məlumat verilməyib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon bildirib ki, YPG-yə göndərilən ilk silah partiyasında əsasən kiçik çaplı silahlar və hərbi texnika olub. Yeri gəlmişkən, bir qədər əvvəl yerli mənbələr silahların Bağdaddakı Amerika hərbi bazasından göndərildiyi haqda xəbər verib. Qeyd edək ki, ABŞ prezidenti Tramp bir ay əvvəl Suriyanın Raqqa şəhərinin azad edilməsi əməliyyatını dəstəkləmək məqsədilə əməliyyatı həyata keçirəcək Suriya Demokratik Qüvvələri silahlı birliyi və onun aparıcı gücü olan YPG-yə hərbi texnika və silah verilməsi haqda sərəncam imzalayıb. Sərəncama əsasən ABŞ kürdlərə 300 milyon dollarlıq silah və texnika verəcək. Bura tanklar, ağır pulemyotlar, zirehli maşınlar və hətta istiliyə uçan raketlər də daxildir.

Hazırda bu bölgədə ABŞ ordusunun 1000-ədən artıq hərbçisi – təlimatçı və xüsusi təyinatlılar – mövcuddur. ABŞ hökuməti kürdlər vasitəsilə Suriyanın şimalında strateji əhəmiyyət daşıyan, Fərat çayı üzərində yerləşən və İŞİD-in qeyri-rəsmi paytaxtı sayılan Raqqa şəhərini ələ keçirməyə çalışır. Raqqanın ələ keçirilməsi İŞİD-in Suriyada gücünü itirməsi ilə yanaşı, böyük bir əraziyə nəzarət imkanı deməkdir. Bu səbəbdən də amerikalılar NATO müttəfiqi Türkiyənin israrlarına rəğmən kürdləri silahlandırmaq qərarı verdilər. Çünki Ankara Suriya kürdlərinin hərbi qüvvəsi olan YPG-nin PKK-nın tərəfdaş quruluşu hesab edir və Ankara açıq şəkildə bildirib ki, bu silahların sonradan PKK-nın əlinə keçməsi təhülkəsi var. Ancaq Türkiyə hökumətinin xəbərdarlıqlarına baxmayaraq Vaşinqton geri çəkilməyib, sadəcə silahların PKK-nın əlinə keçməyəcəyi ilə bağlı Ankaraya vəd veriblər.

Pentaqon sözçüsü Pahon “Amerikanın Səsi”nə bildirib ki, Amerika silahlarının İŞİD-dən başqa bir istiqamətə istifadə olunduğu aşkar olunarsa, o zaman yardım dayandırılacaq. O, bu prosesə amerikalı hərbi təlimatçı və məsləhətçilərin nəzarət edəcəyini bildirib.

Ancaq bu açıqlamalar Türkiyəni qane etmir. Mayın ortalarında Vaşinqtona səfər edən prezident Ərdoğan kürdlərin silahlandırılması mövzusunda narahatlığını ABŞ prezidentinə şəxsən çatdırsa da, görünən odur ki, Vaşinqtonu yol gətirmək mümkün olmayıb. Ankara eyni zamanda kürdlərin Suriyanın şimalında muxtariyyətə çevrilməsindən narahatdır, bu prosesin Türkiyənin cənub-şərqindəki bölgələrdə separatizmi körükləyəcəyindən narahatdır.

Məsələnin daha pis tərəfi isə indi rusların da kürdlərlə əməkdaşlığa isti yanaşmasıdır. Kürd bölgəsində rus hərbçiləri var və Putin bildirib ki, kürdlərə silah verməsələr də, onlarla əməkdaşlığa normal yanaşır. Amerika və Rusiyanın yardım etdiyi kürd gücləri hazırda Suriyanın şimalında ən güclü silahlı qruplaşmaya çevrilib. Ehtimal olunan atəşkəs və ya sülh anlaşmasında kürdlərin xüsusi status alması reallığa çox yaxındır. Üstəlik Amerikadan hərbi yardım alan kürdlər bölgədə hesablaşılan gücə çevrilirlər. Bu isə regionda şərtlərin dəyişməsi deməkdir.

Kənan Rovsenoğlu

Yorumlar