ABŞ prezidenti Donanld Tramp yenə twitterdəki paylaşımı ilə gündəmə gəlib. O, paylaşımında ABŞ ordusunun Suriyadan geri çəkiləcəyi ilə bağlı açıqlama verib. Dövlət Departamentinin sözçüsü Hizer Noyert isə mediaya Prezident Trampın bu qərarından xəbərsiz olduğunu bildirib. Bundan sonra isə Fransa prezidenti açıqlama edib ki, “PYD ilə Türkiyə arasında vasitəçilik edəcəyik”.
Fransanın timsalında Qərb dövlətlərinin bir amalı var ki, Türkiyənin uğurlarının davamına mane olsunlar. Fransanın “Le Fiqaro” qəzetində “Şərqdəki dostlarına xəyanət edən Qərb” sərlövhəli yazıda Türkiyənin qarşısının alınmasının vacib olduğu bu sözlərlər vurğulanıb:“Avropa ölkələri artıq nəsə etməlidir, çünki Türkiyə getdikcə güclənir. Avropa Türkiyənin 1974-cü ildə həyata keçirdiyi Kipr Hərəkatına mane olmadı. Osmanlı imperiyasının fəaliyyətlərinə qarşı biganəlik bu gün də davam edir”.
Bütün bu həyacanlar əbəs yerə deyil. Osmanlının gələcək varislərindən çəkinmək başa düşüləndir. Türkiyənin regionda güclənməsi Qərbin maraqlarına cavab vermir. Bu mənada ən çox fəallığın da məhz Fransa tərəfindən olmağı da təsadüfi deyil. Bildiyimiz kimi, Fransa 2001 – ci il aprelin 19 da “erməni soyqırımını” tanıyan dövlətlərdən biri olub. Elə o zamandan bəri Türkiyə ilə münasibətlərdə soyuqluq davam edir.
ABŞ-ın dövlət başçısı Donald Trampın açıqlamasına gəldikdə isə düşünmürəm ki bunu ciddi qəbul etmək olar. Çünki heç kəsə sirr deyil ki, Tramp hərbi məsələlərdə, xüsusilə də Yaxın Şərqlə bağlı məsələlərdə əsas söz sahibi deyil. Amerikanın YPG/PYD-ə yenidən dəstək verməyəcəyinə kim təminat verə bilər? İndiyə qədər olan hadisələrdə də ABŞ ordusunun adı hallanmırdı, yəni, ABŞ birbaşa Türkiyə ilə konflktə girmirdi, lakin 5000 tır dolu silahla terror qruplaşmalarına yardımını əsirgəmirdi. Bunu tənzimləyən orqan birbaşa Pentaqondur.
Buna baxmayaraq, Trampın çıxışının məqsədi var.
Birincisi, ABŞ ın hal hazır ki siyasəti yalnız öz maraqlarına xidmət edir. Belə ki, bu kimi çıxışlarla əslində Türkiyəyə bir işarə verilir ki, Mənbiçdə razılaşma əldə oluna bilər ” əgər bizimlə hərəkət etsəniz”. Bu da Rusiya amilini Türkiyədən uzaqlaşdırmağa yönəlmiş addımlardır.
İkincisi, ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya bu çətin vəziyyətdə ilk gedəcəyi məkan da elə Türkiyədir. Bu da ABŞ-ı əlbəttə narahat etməyə bilməz.
Üçüncüsü, ABŞ özü də başa düşür ki, Türkiyənin Qərbə olan inamı və etimadı ” Zeytun Budağı” əməliyyatı zamanı qırıldı. Bu vəziyyətdə isə Rusiyadan dəstək alaraq istəyinə nail olan Türkiyə Rusiyanın həmin jestinə cavab verəcək. Bunun ardından da ABŞ dan hər gün yeni bəyanatlar eşidə bilərik. Həmin bəyanatlar isə Türkiyənin mənafeyinə xidmət etməlidir.
Dördünçüsü isə, ABŞ-la Avropa dövlətləri arasında bu mənada konfliktlərin yaranacağını düşünürəm. Çünki, güclü Türkiyə Avropa üçün çox böyük təhlükədir nəinki ABŞ üçün. Bütün bu mübahisəli məsələləri aradan qaldırmaq və təzyiqlərə məruz qalmamaq üçün Türkiyə və Rusiya müttəfiqliyindənsə güclü Türkiyə ilə mübarizə aparmağı üstün tuta bilər və bu səbəbdəndə Rusiyanın digər ölkələrdən dəstək almasının qarşısını almaqla yanaşı sanksiyaları daha da gücləndirə bilər. Lakin bunu elə etməlidir ki, müharibə şəraitinə gətirməsin. Çünki müharibənin təsiri ən çox elə ABŞ da özünü büruzə verəcək. Bu mübarizədə isə yalnız Rusiya ilə deyil, eyni zamanda Şimali Koreya və hazırda iqtisadi savaşda olduğu Çinlə qarşı qarşıya gələr ki, bu da ABŞ ın sonunu yaxınlaşdırar.
Hesab edirəm ki, bu vəziyyəti Türkiyənin xeyrinə dəyişdi və ABŞ Türkiyənin inamını yenidən qazanmaq üçün Qərb bloku yaranarsa belə onu müdafiə edəcək. Burada əsas amil isə Türkiyədir. Bütün bunların həyata keçməsi üçün isə Türkiyə Rusiya ilə münasibətlərə soyuqluq gətirməlidir ki, bu da hal hazırda Rusiya ilə çox geniş hərbi və iqtisadi əlaqələr qurmuş Türkiyəni qane etmir!
Rusif Məmmədov,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin ekspert