KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. TRAMP YENƏ DƏ “BİRİNCİ NÖVBƏDƏ AMERİKA” DEDİ

TRAMP YENƏ DƏ “BİRİNCİ NÖVBƏDƏ AMERİKA” DEDİ

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
294 0

ABŞ prezidenti Donald Trampın BMT-dəki uzun çıxışını dinlədim. Çıxışının əsas leytmotivi seçkiqabağı şüarını təkrarlayırdı: “Birinci növbədə Amerika!” Yəni BMT tribunasından dünyaya mesaj verdi ki, Amerika dünya dövlətlərinin dərdini çəkməyəcək, kimsəyə pul verməyəcək, vergi güzətşləri olmayacaq, borcu olanlardan pulu zorla alacaq və s. Trampın çıxışında o da bəlli oldu ki, Amerikanın dostları azdır. Dostlar siyahısında İsrail, Polşa, Səudiyyə Ərəbistanı və İordaniyanın adı çəkildi, Trampın başqaları ilə hesabı var, içərisində Almaniya da var.

Tramp “İordaniya Suriyadan milyonlarla qaçqın qəbul edib” deyərək Türkiyənin adını çəkmədi, halbuki, Türkiyə İordinayadan çox suriyalı qaçqın qəbul edib. Bu arada, Trampdan sonra çıxış edən Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan yenə illərdir təkrarladığı firki söylədi: “Dünya 5 dövlətdən böyükdür!”. Yəni Ərdoğan demək istəyir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artmalıdır və içərisində Türkiyə də olmalıdır. Yaxşı və haqlı arzudur. Ancaq yaxın zamanlarda reallaşacağı problematikdir. Çünki, Ərdoğanın nəzərdə tutduğu “beşlərə” altıncı, yeddinci və səkkizinci lazım deyil.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir