канал «Стамбул», Сталин, который хотел проливы, и турецко-российские отношения…

Rus senatör: Erdoğan BRICS’in nüfuz ve saygınlığının giderek arttığının farkında

Irakta türkiye rusya kapışacak mı

İRAN İSTİHBARAT OPERASYONLARINDA MEDYANIN İŞLEVİ

Tramp rusiyalı həmkarı Vladimir Putinlə razılaşıb

Rusya 7 Nisan 2017
400

Günün əsas sualı budur: Axı ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə razılaşıb Suriyada birgə hərəkət etmək istəyirdi, bəs nə oldu ki, Əsədin hərbi mövqelərini bombalamaqla Kremllə münasibətləri korladı? Məsələ burasındadır ki, Əsəd rejimi və Putin Trampa başqa seçim qoymadılar. Kreml Əsədə dəstək verəndə anlamalıydı ki, gələcəkdə bunun neqativ nəticələri olacaq. ABŞ-ın keçmiş prezidenti Barak Obama 4 il əvvəl demişdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə bu Vaşinqton üçün “qırmızı çizgi” olacaq və belə olan halda “biz onu cəzalandıracağıq!” Əsəd bu sözlərdən sonra kimyəvi sılahdan istifadə etdi, Obamanın qılı da tərpənmədi, sözü yerə düşdü, faktiki Əsəd bu yolla Obamanı aşağıladı.

Tramp Obama olmaq istəmir. Ona görə də Əsədin kimyəvi silah tərbiyəsizliyinə dözmədi və açıq dedi ki, “qırmızı çizgilər” çoxdan açılışıb. Bu Əsəd və Putinə işarəydi ki, “məni hövsələdən çıxarmayın, mən sizin üçün Obama deyiləm”. Əgər Tramp kimyəvi suilahdan istifadəyə reaksiya verməsəydi, bu onun super dövlətin başçısı kimi imicinə zərbə olardı. Tramp düzgün taktika seçdi.

Rusiya mürəkkəb duruma sürüklənib. Kreml Əsədə verdiyi dəstəyə görə Trampla bəri başdan münasibətləri soyutdu, halbuki Putinin ona ümidi var idi, Kreml sahibi Krım və Donbass məsələsində Trampdan anlayış gözləyirdi. Kreml Ukraynadakı möveyini də Əsəd qurban verir. Kreml Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraill də qarşı-qarşıyadır. Çünki hər iki dövlət Trampın son addımını dəstəkləyiblər. Guya Kreml Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Kreml səhlənkarlıq edib, bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində bir miqdar kimyəvi silahın varlığına göz yumub. Nə olursa-olsun, Suriyada dinc sakinlərin qətlinə görə Kreml də məsuliyyət daşıyır. Bu cür vəziyyətdə Əsədlə silahlı müxalifət arasında atəşkəsə riayət etmək çətin olacaq.

O ki qaldı, Vaşinqtona, Tramp hələ ki, quru qoşunları Suriyada soxmayacaq. Ancaq Tramp birinci addımını atdı və əgər Əsəd yenə kimyəvi silahdan istifadə edərsə, Amerika raketləri yenə Suruiya ordusunun mövqelərini bombalayacaq. Elhan Şahinoğlu

Yorumlar