KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. TRAMP-MERKEL GÖRÜŞÜ YENƏ SOYUQ KEÇDİ

TRAMP-MERKEL GÖRÜŞÜ YENƏ SOYUQ KEÇDİ

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
336 0


ABŞ prezidenti Donald Trampın nəsə Almaniya kansleri Angella Merkelə antipatiyası var. Merkeli Vaşinqtona dəvət etdi, ancaq bu dəfə də görüş soyuq atmosferdə keçirildi. Halbuki bir neçə gün əvvəl Trampın fransalı həmkarı Emmanuel Makronla Vaşinqtondakı görüşü daha isti ab-hava keçirilmişdi. Tramp Merkellə birinci görüşündə də jurnalistlərin israrlarına rəğmən obyektivlərin qarşısında Merkelin əlini sıxmadı. İndi də ortaq mətbuat konfransında razılaşmadığı məqamları sıraladı. İranın nüvə məsələsində, ABŞ-la Avropa arasında gömrük rüsumlarında və NATO-nun maliyyələşməsində iki lider arasında fikir ixtilafı davam edir. Tramp sonuncu məsələdə yenə eyni sözü dedi: “Amerika niyə başqalarından daha çox NATO-ya pul ayırmalıdır?” Başqa sözlə demək istədi ki, mən sizin təhlükəsizliyinizə pul ayırdığım halda siz NATO-ya ayrılacaq pulu iqtisadiyyatınızın gücləndirilməsinə sərf edirsiniz, xeyir ola? Merkelin buna deyəcək sözü yox idi.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir