KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Tovuz döyüşlərində diqqətimi cəlb edən məqamlar bunlardır:

Tovuz döyüşlərində diqqətimi cəlb edən məqamlar bunlardır:

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
352 0

1) Tovuz geosiyasi baxımdan Azərbaycanı Gürcüstan və Türkiyəyə bağlayan və regiondakı strateji tarazlığı yenidən formalaşdıran bütun mühüm strateji lahiyələrin keçdiyi rayondur. Erməni tərəfinin döyüşlərdə artileriya istifadəsi də həm də bu strateji lahiyələr üçün təhlükə doğurur və bu mənada da sadəcə bəsit döyuş taktikası deyil, həm də strateji seçimdir.

2.) Gürcüstanda keçirilən son prezident və parlament seckilərindəki nəticələr geosiyasi baxımdan Azərbaycan-Gurcüstan-Türkiyə xəttinin Tiflis ayağını sarsmisdir. Gürcüstanla son dövrdəki gərginliklərimiz və rəsmi Tiflisin son döyüşlə bağlı Azərbaycanla strateji əməkdaşlığa uyğun olmayan bəyanatı qonşu ölkədə seçkilərini bizim əleyhimizə ortaya çıxan ilkin geosiyasi nəticələrindəndir. Tovuza hücum bu sarsıntının Azərbaycan ayağında həyata keçirilmək istənən strateji həmlədir. Unutmayaq ki, ermənilərin tez-tez gərginlik yaratdığı Qazax və Naxçıvan da regiondaki geosiyasi tarazlıq üçün Tovuz benzeri stratejik önəmə malikdir. Türkiyə tərəfinin xarici işlər naziri, müdafiə naziri və prezident səviyyəsində açıqlamaları da rəsmi Ankaranın məsələyə bu geosiyasi perspektivdən yanaşdığından xəbər verir.

3) Tovuzda gərginlik yaratmaq həm də işin içinə Kollektivi Təhlükəsizlik Müqaviləsi Təşkilatıni, daha da konkret olaraq Rusiyanı müdaxilə etdirmək üçün fürsət yaratma cəhddir.

4) Azərbaycan tərəfinin həm savaş strategiyası, həm də strateji baximdan Tovuzdaki döyüşə Qarabağ cəbhəsindən cavab verməsi ağla və məntiqə ən uyğun olandir. Ancaq hələlik bu baş vermir. Bunu daxili siyasət vəya hakimiyyətin səhvi kimi yozanlar var. Mümkündür, ancaq iki ehtimal daha var: a) Tovuzda baş verənlər Azərbaycandan istənilənləri etmədiyi üçün Rusiyanin “cəza” tədbirləri olmasın? Hakimiyyət daxilində çox açıq görünən güc mübarizəsi ilə Tovuz döyüşü arasında siyasi baxımdan bir əlaqə var? Fikrimcə rəsmilərin əlində bununla bağlı daha geniş bilgi ola bilər və bu bilginin Ankara ilə paylaşılması mümkündür. Turkiyənin prosesə aktiv reaksiyası da bu ehtimalı gücləndirir.

b) Tovuzda baş verənlər Azərbaycan Ordusunun Qarabag cəbhəsində planladigi, ancaq Rusiyaya son anda məlum olan əməliyyat planını sabotaj etmə cəhdidir? Görəsən Azərbaycanli generalın şəhid edilməsi pis tesadüf mü, erməni kəşfiyyatının yerel uğuru mi, yoxsa Rusiyanin Ermenistan ordusu ilə strateji bilgi paylaşımının nəticəsidir?

5.) Tovuz Qarabag müharibəsi boyunca Azərbaycan tərəfinin ən güclü müqavimət göstərdiyi və səhv eləmirəmsə heç ərazi itirmədiyi bölgələrdən (digəri Tərtər) biridir. Bu cəbhədə hücum etmək erməni tərəfinin hərbi-psikolojik üstünlük qazanmaq cəhdidir. Unutmayaq ki, Rusya meyilli olduğu deyilən Ermənistan müdafiə naziri Tonayan qısa müddət əvvəl öz tvitter səhifəsində yeni yerlərin işğalından danışıb.

6.) Tovuz döyüşü Azərbaycan ordusunda zabit heyətinin aktiv döyüş bölgəsində general səviyyəsində ön cəbhədə olduğunun işarəsidir. Düzdür general, polkovnik və mayor səviyyəsində şəhid verilməsi həm ordu üçün strateji itkidir, həm insani faciədir. Ancaq məsələnin digər tərəfi də var. Bir ordunun generalı da ön cəbhədə şəhid olmaga hazırdırsa və olursa bu həmin ordunun döyüş ruhunun və vətən sevgisinin yetərincə yüksək olduğunu göstərir. Bu həm də orduda və xalq arasında müəyyən mənada mövcud olan “orduda sadəcə əsgərlər ölür” vəya “orduda sadəcə portfel generalları var” kimi zərərli yanaşmaları ortadan qaldıran prosesdir.
Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir