Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

TİFLİS VASİTƏÇİ OLA BİLƏRMİ?

Gündem, Gürcistan 30 Mayıs 2018
54

Əsl balans siyasətini Tiflis həyata keçirir. Hələ iki gün əvvəl Gürcüstanın baş naziri Azərbaycanın Tiflisdəki səfirliyinə gələrək Cümhuriyyət bayramımıza qatılmış və nitqində iki ölkə arasındakı münasibətlər barədə ən yüksək sözləri demişdi. İki gün sonra isə Gürcüstanın baş naziri eyni sözləri Paşinyanla Tiflisdəki görüşündə Ermənistanın ünvanına söyləyib.

Gürcüstan kreditlər və enerji təminatı məsələlərində Azərbaycandan asılı olsa da, Azərbaycana və Ermənistana eyni gözlə baxmağa çalışır. Başqa dövlətlər də oxşar siyasət yürüdür və bu xoşumuza gəlməsə də normal qarşılayırıq. Ancaq Gürcüstan bu dövlətlərin heç birinə bənzəmir. Birincisi, Ermənistan rəsmiləri heç zaman “Abxaziya və Cənubi Osetiya Gürcüstan ərazisidir” və “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” açıqlamasını silə gətirməzlər. İkincisi, Rusiyanın Ermənistandakı hərbi varlığı Azərbaycanla yanaşı Gürcüstana da real təhdiddir. Üçüncüsü, Gürcüstan Azərbaycan və Ermənistanla yaxşı münasibətləri qorumasına rəğmən, heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində quruca sözlə də olsa “tərəflərin istəyi əsasında vasitəçi olmağa hazıram və bunun üçün Tiflisdə görüşlər təşkil edə bilərik” təşəbbüsüylə də çıxış etmədi. Halbuki, əgər Paşinyan Gürcüstanla əməkdaşlığı xarici siyasətinin əhəng daşı hesab edirsə, Tiflis bölgədə barışın əldə olunması üçün fəallığını artıra bilər. Bunun üçün Paşinyana bəzi vacib məsələləri anlatmaq lazımdır.

Elhan Şahinoğlu


Elhan Şahinoğlu

Yorumlar