KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Tibb fakultəsində oxuyan tələbələrlə GYMD ofisinde görüş keçirildi

Tibb fakultəsində oxuyan tələbələrlə GYMD ofisinde görüş keçirildi

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
427 0

Tibb fakultəsində oxuyan tələbələrlə GYMD ofisinde görüş keçirildi.
Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının təşkilatçılığı, T.C Başbakanlık Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının dəstəyi, Uludağ Universitəsinin də ev sahibliyi və Türkyə Cümhuriyyətinin Tiflis səfirliyinin dəstəyi ilə Gürcüstanda Tibb fakultəsində oxuyan 26 nəfər tələbənin Türkiyənin Bursa şəhərində staj görmələri üçün “Gürcüstanlı tibb tələbələrinin staj və gəzinti proqramı” adı altında bir layihə həyata keçirilir.
Bu tələbələr 29 iyul tarixində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Qardabanidəki ofisində təşkilatın idarə heyəti ilə görüş keçirdilər. Təşkilatın sədri Musa Hacıyev bu gənclərin uğuru millətimizin və dövlətimizin uğuru olduğunu vurğuladı. O, bu yolda tələbələrə uğurlar arzuladı.
Onu da qeyd edək ki, tələbələrin Türkiyə səfəri avqust ayının 1-dən başlayır və proqram bir ay davam edəcək. Tibb fakultəsində oxuyan tələbələrlə Türkiyə səfirliyində görüş keçirildi.
GYMD-nin sədri və Tibb fakultəsininTələbələri Türkiyə Cümhuriyyətinin Tiflisdəki səfirliyində oldular və cənab səfir Zeki Levent Gümrükçü ilə görüşdülər. Cənab səfir tələbələrlə xoş ünsiyyətdə oldu, Türkiyədə yaşanan son hadisələrdən danışdı və indi Türkiyənin daha güvənli olduğunu vurğuladı. Cənab səfir həmçinin tələbələr üçün əllərindən gələn ən gözəl şəkildə köməkliyi göstərəcəklərini bildirdi.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir