KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Texniki Atəşkəs məsələsi niyə və necə ortaya çıxdı?

Texniki Atəşkəs məsələsi niyə və necə ortaya çıxdı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
384 0

(Bir atəşkəsin pərdə arxası üzərinə bir təxmin)
Qarabağ klanının və Rusiyanın adamı Koçaryan həm real vəziyyətlə yerindəcə tanış olmaq, həm yeni siyasi prosesin Qarabağ ayağını separatistlərlə yerindəcə koordinasya etmək, həm də sonrakı addımlarında xalqı qazanmaq üçün Qarabağa gedir. 2 gunü qaldıqdan sonra geri gəlir və Rusiya səfir ilə görüşür və texniki bir atəşkəs təklif edir. Təklifin ən büyük siyasi amacı Paşinyanı erməni meyidləri üzərindən çətin vəziyyətə salmaqdır. Rusiya tərəfi mövzunu öz təklifləri imiş kimi Lavrov üzərindən Ermənistan rəhbərliyinə bildirir. Ancaq Paşinyan höküməti nəticələrini təxmin etdiyi üçün başda bunu qəbul etmir. Bu dəfə Kremlin 3 ədəd ciddi məsaj verir: Öncə məşhur “Putin telefonu götürmür” kadrı paylaşılır, sonra Putin özü çıxıb ” Muharibə Ermənistanda getmir” məsajı verir. (Bu arada Putinin açıqlamasında insani məqamlara vurğunun cox güclü olduğunu və sanki insani bir atəşkəsə hazırlığı üçün verildiyini də xatırladıram). Ardından Peskovun “Ermənistan bizi Qarabağ müharibəsinə qarşdırmasın” məzmunlu bir açıqlaması gəlir.
Azərbaycan tərəfinin hərbi və siyasi təzyiqi artarkən bu açıqlamalar Paşinyanı daha da cətin vəziyyətə salır. Franspresse ala yarımçıq guzeşt açıqlamaları da kar etmir. Oradakı Qarabağ da qəbul edəsə vurğusu da guzest vermə, ancaq məsuliyyətdən qaçma məqsədini daşıyır.
Və Paşinyan Rusiyanın bu texniki atəşkəs təklifinə razı olmalı oldu. Ancaq bunun yaradacağı siyasi riskləri azaltmaq üçün 4 şey edir:
1. Muharibə barədə çox sərt senzura
2. Arxasında siyasətçilərin olduğu xəyanət ittihamı (Mənim təxminim Paşinyan bir gun Koçaryanın Qarabağ ziyarətinin bunun üçün olduğunu deyəcək.)
3. Milli təhlükəsizlikdən məsul olan və Rusiyanın da istəmədiyi xidmət rəisini işdən çıxartmaq (bir daşla iki quş)
4. Texniki atəşkəslə bağlı razılıq verəndən, ancaq Putinin bu barədə açıqlamasıdan öncə Qarabağ movzunda yenidən sərt açıqlamalar verərək müxalifətdən gələcək ittihamlarından özünü sigortalaması
P.S. Mənim təxminim Azərbaycan tərəfi bu proses barədə müxtəlif mənbələrin köməyi ilə geniş məlumatlıdır və başqa tvitlər olmaq üzrə öz oyun planında buna xususi diqqət edir.
Dr. Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir