Bu gün komissiya üzvləri qarşısında ölkənin bir çox yerlərindən yaşından və məzhəbindən asılı olmayaraq əsasən yas mərasimlərini idarə edən 14 nəfərdən ibarət mollalar Qurani-Kərimin üzündən oxunuşu və dəfn mərasimlərinə aid dini ehkam və şəriət məsələləri haqqında “Cümə” məscidində imtahan verdilər.
Qeyd edək ki, İmtahandan keçən mollalara hansı dini ayinləri yaxşı yerinə yetirə biləcəyi haqda sertifikat və vəsiqə veriləcəkdir. Bununla da yas mərasiminə din xadimi dəvət edən şəxs mollanın vəsiqəsini tələb etmək hüququnu qazanmış olacaqdır. Müəyyən sahədə zəif olanlara isə kitablar veriləcək və öyrənmələrinə şərait yaradılacaqdır.
Attestasiya prosesinin yeni ildə hər üç aydan bir davam edəcəyi nəzərdə tutulub. Gürcüstan Müsəlmanları İdarəsi xalq arasında molla kimi tanınaraq Quran oxuyub, cənazə namazı qılıb, kəbin kəsən və bir sözlə dəfn mərasimlərini idarə edən hər kəsi bu attestasiyadan keçməyə dəvət edir.
Din İdarəsinin axundlardan sonra molların attestasiyadan keçirilməsində əsas məqsədi bəzi özünü molla kimi təqdim edən şəxslərin müsəlman dünyadan gedənləri islami şəriət qayda qanunları əsasında düzgün dəfn etməməsidir. Ramin İgidov
TBİLİSİDƏ MOLLALARIN ATTESTASİYADAN KEÇİRİLMƏSİ PROSESİNƏ BAŞLANIB
542 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.