KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. TBİLİSİDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNDU

TBİLİSİDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNDU

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
473 0

TBİLİSİDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNDU
image
Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərində İslam dünyasının ən şəfqətli və müqəddəs rəhmət ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır. Bölgələrdə Peyğəmbər (s) ümməti olan müsəlmanlar məzhəb və millətindən aslı olmayaraq birgə süfrə arxasında Ramazan sevincini yaşayır, birgə dualar edirlər.
Bu axşam da Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Tbilisidə yaşayan dindarlar və şəhərin din və ictimaiyyət xadimləri üçün iftar süfrəsi təşkil olundu. İftarda Tbilisidə olan müsəlman dövlətlərinin (Azərbaycan, İran, Türkiyə və İrak) səfirlik nümayəndələri də iştirak etdi.
Məclisdə Azərbaycandan ölkəmizdə qonaq olan İlkin Həsənzadənin qiraətində Quran tilavət olundu. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Hacı Yasin Əliyev çıxış edərək məclis iştirakçılarını salmayıb Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən danışdılar. Bu ayın Allah qarşısında sədaqət və bəndəlik, insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd etdilər. Bu ay iftar süfrələri açıq olduğu kimi Allahın rəhmət və məğfirət süfrələri də açıq olduğu söylənildi. Sonda mehriban yaradandan dünyaya sülh və barış, ölkəyə bolluq və firavanlıq, islam ümmətinə birlik və vəhdət, ailələrə sevinc və xöşbəxtlik, dua, ibadətlərin qəbul olunması üçün dualar edildi.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir