Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

TBİLİSİ “CÜMƏ” MƏSCİDİNDƏ BAYRAM NAMAZI QILINDI

Gürcistan 26 Haziran 2017
373

Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı. Hacı Namiq Hüseynovun imamətliyi və axund Hümbət Quliyevin mükəbbirliyi ilə qılınan namazdan öncə öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Raamin İgidov ölkə və dünya müsəlmanlarının bayramını təbrik edib, onlara xoş arzularını çatdırdı. Ölkəyə və dünyaya və xüsusi ilə İslam aləminə sülh, barış, həmrəylik, əmin amanlıq, bolluq və firavanlıq arzuladı. Yola saldığımız aydakı oruc, namaz və digər ibadətlərin qəbul olması və gələcək Ramazanların qismət olması üçün dualar etdi.


Bayram namazı və xütbələrdən sonra Ramazan ayının başlanğıcında yeniyetmə qız və oğlanlar arasında keçirilən Quran müsabiqəsinin qaliblərinə və müəllimlərinə təqdirnamələr və hədiyyələr təqdim olundu. Nəhayət mərasim payram şirniyyatı dadmaqla sona çatdı.
Qeyd edək ki, bu gün paytaxtda digər iki məsciddə və ölkənin müsəlmanlar yaşayan rayon və kəndlərində də bayram namazları qılındı, Moizələr olundu və kasıb, fəqirlərə toplanan fitrə zəkatlarından yardımlar edildi. Allah-taala bu ayda hərkəsin dua və ibadətlərini, xeyirxah əməllərini qəbul etsin! Amin!

Yorumlar