STAR” STRATEJİ ADDIMDIR, GƏLƏCƏK ÜÇÜN BÖYÜK ÜMİD VƏD ETMƏKDƏDİR

Cerablus operasyonu stratejik, psikolojik ve askeri Planlama

“şark meselesi” ile “büyük oyun”

Ugur Enes Gücer : Çin’in Devam Eden Zulümleri ve Uygurlar

Tanınmıış iqtisadçının “ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI” adlı kitabı nəşr olundu

Gündem 30 Mayıs 2021
110
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Kitab əsasən elmin gücü, kitabın önəmi və müasir müəllim obrazı ilə bağlıdır. A.Eynşteynlə İsrailin ilk baş naziri olmuş Ben Qurionun möhtəşəm dialoqu, Böyük İsgəndərin atası II Filippinin Aristoteldən nə qədər ucada durmasını ifadə etməsi, nobelçi Aziz Sancarın milli kimliyini ifadə edən baxışları, Eynşteynin xoşbəxtlik reseptinin mahiyyəti, Tesla-Edison rəqabəti fonunda Lütfüzadə-Rafiq Əliyev əməkdaşlığının avantajları, Qriqori Petrovun “İdeal müəllim”indəki professor Raçinskinin kəndə qayıdışının anlaşılmazlığı, Napoleon Bonapartın müəlliminin gəlişini – “Fransa gəlir” əmri və s. tarixi ekskursiya epizodları yer alıb.
Kitab 375 səhifə olmaqla 3 fəsildən ibarətdir.
I Fəsildə “Elmi elitamız və potensialımız” mövzuların əhatə edir. Bu fəsildə çağdaş elmi elitamızın necə formalaşması, Azad Mirzəcanzadənin azad ruhu, dil bilməyin dəb, yoxsa dəyər olması, Norveçin nefti və nobel mükafatı arasındakı əlaqənin mövcudluğu, pafossuz ziyalı gücünün təsiri, dünyada elmə artan maraq fonunda bizdə elmə azalan qayğının narahatlıq yaradan tərəfləri, bizim cəmiyyətdə intelektual və ziyalıları fərqləndirən əsas əlamətlər və s. mövzuları əhatə edir.
II fəsildə “Kitabların gücü və kitabxananın önəmi”nə xüsusi vurğu salınır. Kitabyandırmaqdan daha təhlükəli olan ruhöldürməyin olduğu, qısa zamanımızı oxu intizamının sərtləşdirilməsi üçün onu təkərli kitabxananın üzərinə necə keçirməli olmasını, kitaboxuma tələbatını necə yaratmalı, kitab vasitəsilə “ölmüş” vaxtı necə diriltməyin, kitabın hipnozetmə təsirləri, rəhbərlərin kitab sevdası və s. mövzulara toxunulub.
III fəsildə “Müasir müəllim obrazı və universitetlərimiz” əsasən müəllimlərin məsuliyyət anlayışına diqqət çəkilmiş, onun seyrçiliyini Kevin Karter və Tomas Edisonla müqayisəsi, Azərbaycanda müəllimin dəyəri və onun əməyinə verilən qiymət, təhsilimizin bu günü ilə iqtisadiyyatımızın sabahı arasında əlaqə, tarixi kontekstdə rəhbərlərin müəllimə rəğbətləri və çağdaş dövrdə dövlət başçılarının müəllimə münasibətlərininin paralellərinə həsr olunub.
Kitaba ön sözü 50-dən çox kitab müəllifi, fəlsəfə araşdırmaçısı Əlisa Nicatdır. Kitabı əldə etmək üçün aşağıdakı nöqtələrə müraciət etmək mümkündür.
ÜNVANLAR:
• “Kitabevim”, 28 may m\s, sol tərəfdə 200 m
• Online (ölkə xaricinə, daxilinə) çatdırılma, “Papillon” kitab evi:
Tariyel (077) 387-15-19
• “AzərKitab”, rəhmətlik “Lider”nin arxasında parkla üz-üzə
• “İnşaatçılar” m\s çıxışı, Fuad, (051) 420-20-20
• “Nərimanov” m\s, Abbas (050) 246-61-15

Yorumlar