KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Kuzey Kafkasya
  4. »
  5. Tahirə Qafarlı: Rusiya Çeçenistanda qurmadığı “təmas xətti”ni niye QARABAĞDA QURUB”

Tahirə Qafarlı: Rusiya Çeçenistanda qurmadığı “təmas xətti”ni niye QARABAĞDA QURUB”

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
87 0

Əgər Rusiya “sülhməramlılarının” məqsədi bu ərazidə sülh və əmin-amanlıq yaratmaqdırsa, onda izolyasiya mühiti yaratmış “təmas xətti” aradan götürülməli və həm azərbaycanlıların, həm də ermənilərin oraya gediş-gəlişi tam sərbəst olmalıdır! Eləcə də, nəqliyyat və telekommunikasiya əlaqələri, işıq, su, qaz təchizatı bərpa olunmalıdır. Bunun üçün, hesab edirəm ki, Rusiya “sülhməramlılarının” təşkil etdikləri və “qoruduqları” “təmas xətti” və bu xətt boyunca yerləşdirilmiş hərbi postlar, həmçinin “erməni postları” təcili olaraq ləğv edilməlidir!”

Bunu hafta.az-a iqtisadçı alim Agasəf Imran Prezident İlham Əliyevin yerli mediaya müsahibəsində sülhməramlıların iştirakı ilə Qarabağa edilən erməni köçləri və mövcud “təmas xətti”nin nəyə xidmət etməsi ilə bağlı şərhində bildirib.

A.İmran Rusiyanın Qarabağda sülhməramlı adı ilə apardığı siyasətin Azərbaycana qarşı işlədilən məkirli siyasət olmasına diqqət çəkib və müqayisələr aparıb.

“Çeçen xalqı Çar Rusiyası dövründən indiyədək bir neçə dəfə azadlıq mübarizəsinə qalxıb və Rusiyaya qarşı müharibələr aparıb. Lakin, Rusiyanın hərbi üstünlüyü sayəsində bu döyüşləri uduzub. Buna baxmayaraq, Çar dövründən indiyə kimi Rusiya hökuməti Çeçenistanla heç bir “təmas xətti” qurmayıb və bu ərazilərə gediş-gəliş həmişə sərbəst olmuşdur. O zaman görəsən nə üçün, Rusiya hökuməti özünə rəva bilmədiyi belə bir səddi Azərbaycan üçün məqbul bilir və böyük canfəşanlıqla Azərbaycanın Qarabağ bölgəsində “təmas xətti” qurmuşdur?”

A.İmran bildirib ki, “sülhməramlı kontingent” adı altında Azərbaycan ərazisinə yeridilmiş Rusiya qoşunları “təmas xətti” boyunca hərbi məntəqələr quraraq, orada üçtərəfli müqavilə şərtlərinə zidd olaraq öz kontingentinin sayını və hərbi potensialını “hərbi baza” statusu səviyyəsinədək artırmışdır. Hələ bu azmış kimi, öz postları ilə yanaşı “təmas xətti” boyunca erməni quldurları tərəfindən də “postlar” qurulmasına şərait yaratmışdır.

“Belə postların yaradılması, belə izolyasiya sülh işinə xidmət edə bilərmi? Əlbəttə yox! Rusiya qoşunlarının nəzarəti altında olan Qarabağ əraziləri Azərbaycan torpağı deyildirmi?! Nə üçün oraya yalnız ermənilər daşınır və bizim adamlar oraya ayaq basa bilmirlər? Mahiyyətcə Rusiya “sülhməramlılarının” qurduqları “təmas xətti” kimə və nəyə xidmət edir? Cavab o qədər də sadə deyil. Müxtəlif variantlar və versiyalar ola bilər və yəqin ki, vardır. Lakin bir variant çox aydıındır ki, bu, sülh və əmin-amanlıq yaratmaq işinə xidmət etmir. Çünki, o ərazi ermənilər üçün rezrvasiyaya çevrilir ki, onlar oradan qaçıb gedə bilməsinlər.

Əgər ötən bir il ərzində o əraziyə-öz kəndlərinə və evlərinə bir nəfər də olsun Azərbaycanlı köçürülməyibsə, oraya köçürülən ermənilər kiminlə barışmalıdırlar? Belə çıxır ki, Rusiya “sülhməramlılarının” əsas vəzifəsi Qarabağ ermənilərini Ermənistandan və digər ölkələrdən daşınıb gətirilmiş kriminal -cinayətkar ermənilərlə barışdırmaqdır? Əslində isə, “təmas xətti” qurmaqla qəsdən izolyasiya mühiti yaratmaq, milli ayrıseçkilik salmaq, ziddiyyətləri kəskinləşdirmək və düşmənçilik münasibətlərini daha da qızışdırmaq işinə xidmət etmirmi?”

A.İmran hesab edir ki, əgər Rusiya “sülhməramlılarının” məqsədi bu ərazidə sülh və əmin-amanlıq yaratmaqdırsa, onda izolyasiya mühiti yaratmış “təmas xətti” aradan götürülməli və həm azərbaycanlıların, həm də ermənilərin oraya gediş-gəlişi tam sərbəst olmalıdır.

“Eləcə də, nəqliyyat və telekommunikasiya əlaqələri, işıq, su, qaz təchizatı bərpa olunmalıdır. Bunun üçün, hesab edirəm ki, Rusiya “sülhməramlılarının” təşkil etdikləri və “qoruduqları” “təmas xətti” və bu xətt boyunca yerləşdirilmiş hərbi postlar (həmçinin “erməni postları”) təcili olaraq ləğv edilməlidir!

Əgər Rusiya “sülhməramlıları” Cənubi Qafqazda daimi qalmaq məqsədlərini gizlətmək üçün, ermənipərəst fəaliyyətlərini davam etdirməklə bu addımı atmazlarsa, keçən bir il ərzində olduğu kimi, Azərbaycan hökumətinə və xalqına qarşı qərəzli münasibətlərini davam etdirərlərsə, onda onların Azərbaycan torpaqlarından vaxtından əvvəl çıxarılması məsələsi gündəmə gətirilməlidir”.

Tahirə Qafarlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.