PUTİN PAŞİNYANI NAZARBAYEV VƏ LUKAŞENKODAN QORUDU

Rus uzman: Sözde “Ermeni soykırımı” konusu artık çok politize edildi

Օլիգարխները փորձում են կողոպտածը վերադարձնել`

TRİ: Suriyadan sonra Qarabağdırmı?

Suriyada kürd məsələsi “çözülür”?

Gündem 1 Haziran 2018
53

Türkiyə Menbici amerikalılardan alır, Əsəd isə “danışıqlar nəticə verməsə, kürdlərlə savaşacağı” deyir
Suriyanın şimalında kürdlərin (indiki adı ilə Suriya Demokratik Qüvvələri – K.R.) taleyi hazırda həm Ankara-Vaşinqton, həm də Dəməşq-Moskva xəttində ciddi müzakirə olunur. Prezident Bəşər Əsəd deyib ki, kürdlərlə sülh danışıqlarına hazırdır, ancaq anlaşma olmasa kürdlərlə savaşa bilərlər.

Əsəd Rusiyanın RT kanalına verdiyi müsahibədə qeyd edib ki, “mülayim müxaliflərə” olan ümidi kəsildikdən sonra indi ABŞ kürdləri dəstəkləyir. Sitat: “Başqa bir kart axtarırlar. İndi bu kart SDQ-dir. Çünki hazırda ordumuz terrorçuları məğlub etmək üçün müxtəlif bölgələrdə sürətlə irəliləyir. Suriyada qalan əsas problem SDQ-dir”.

B.Əsəd deyib ki, kürdlərlə müzakirə üçün imkan qalır. Hazırda iki yollarının qaldığını deyən Əsəd, əsasən yerlilərdən ibarət olan SDQ ilə danışmağa hazır olduqlarını, ancaq bu üsul təsirli olmazsa, güc tətbiq edərək əraziləri təmizləyəcəklərini bildirib. Bəşər Əsəd deyib ki, Suriyanın şimalında ABŞ xüsusi təyinatlıları xidmət edir. Suriya lideri deyib ki, Astana prosesinə dəstək verirlər, ancaq əl-Qaidə, İŞİD, ən-Nusra kimi terror təşkilatlarının hər hansı siyasi dialoq planları yoxdur, bu qüvvələrlə ancaq silahla mübarizə aparmaq lazımdır.

Bu arada məlum olub ki, SDQ nəzarət etdiyi bölgələrdə “sərhəd mühafizəsi” hərbi qüvvələri yaradır. Suriya müxaliflərinə bağlı saytların verdiyi məlumata görə, “Quvvat əs-Sənadid” adlı hərbi birləşmə İraq-Suriya sərhədində yerləşən Yarubiyə məntəqəsində yeni “sərhəd mühafizəsi” birləşməsi üçün heyət toplamağa başlayıb. Elan olunan qaydalara əsasən PYD tərəfindən qəbul olunan “sərhəd xidməti” işçiləri iki il xidmət edəcəklər və ayda 200 dollar maaş alacaqlar. O da bildirilir ki, yeni hərbi birləşməni Səudiyyə Ərəbistanı hökuməti maliyyələşdirir. Bundan başqa Suriya-Türkiyə sərhədində Ras əl-Ayn şəhərində isə kürd gücləri Türkiyə ilə sərhədə beton divarlar çəkib və bəzi yerlərdə xəndək qazılıblar. Bundan başqa kürd qüvvələrinin İraq-Suriya sərhədində artıq yeni keçid məntəqələri hazırlamağa başladığı xəbər verilir.


Xatırladaq ki, bu ilin yanvarında ABŞ Dövlət Departamentinə istinadən Suriyanın şimalında kürdlərin 30 min nəfərlik “sərhəd mühafizəsi” birləşməsinin yaradılacağı açıqlanıb. Ancaq bu hadisə Türkiyənin ciddi etirazına səbəb olduqdan sonra Vaşinqton geri çəkilərək məlumatı təkzib edib.

Hazırda isə ABŞ və Türkiyə arasında Menbicin taleyi ilə bağlı müzakirələr aparılır. Qeyd edək ki, Menbic Türkiyə-Suriya sərhədinə yaxın, Fərat çayının qərb sahilində yerləşən ərazidir. Bu ərazinin şimalı Türkiyə ilə sərhəd, qərb hissəsi isə yenə də “Fərat Kalkanı” əməliyyatı nəticəsində azad edilmiş və hazırda Türkiyə və müttəfiq qüvvələrinin nəzarətində olan bölgədir. Türkiyə bu bölgəyə əməliyyat hazırlasa da, Afrin əməliyyatından sonra proses dayandı. Bunun əvəzində ABŞ Menbicə yeni qüvvələr yerləşdirdi və əlavə olaraq Fransa da Menbicə öz qüvvələrini göndərdi. Türkiyə ordusu Menbici azad etmək üçün amerikalılar və fransızlarla toqquşmaya girə bilər. Bu səbəbdən də Ankara hazırda Vaşinqtonla aktiv diplomatiya aparır. İki gün əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu Menbic mövzusunda Vaşinqtonla anlaşma əldə etdiklərini bildirsə də, Vaşinqton dərhal bu məlumatı təkzib edib.

Dövlət Departamentindən verilən açıqlamada qeyd olunur ki, söhbət Menbicin türklərə verilməsindən deyil, birgə əməkdaşlıq və danışıqlar prosesinin davamı ilə bağlı “yol xəritəsi” üzərində anlaşma var. Türkiyə tərəfi isə bildirir ki, iyunun 4-də Vaşinqtonda Türkiyə və ABŞ heyətləri Menbic məsələsi ilə bağlı razılığa gələcək. Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, anlaşmaya əsasən kürd silahlıları bir ay ərzində Fəratın qərb sahillərini – Menbici tərk edəcək. Bu anlaşma isə iyunun 4-də Vaşinqtonda Çavuşoğlu və Pompeo arasında saziş imzalandıqdan sonra qüvvəyə minəcək və bir ay ərzində kürdlər çəkiləcək. 45 gün ərzində isə Türkiyə və ABŞ qüvvələri bölgəni nəzarətə götürəcək. ancaq qeyd etdiyimiz kimi, hələlik Vaşinqton bu xəbəri təsdiqləmir, sadəcə “yol xəritəsi”nin imzalanacağını bildirir. İyunun 4-nə isə bir neçə gün qalıb.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Yorumlar