Լեւոն Տեր-Պետրոսյան. Իմ եւ Նիկոլ Փաշինյանի հարաբերությունների մասին

NAZARBAYEV RUSİYAYA MARAQLI MESAJLAR GÖNDƏRİR

Трудный союз. Смогут ли Россия и Турция договориться по Сирии

7-8 տարի հետո մեզ սպասվում է դեպոպուլյացիա. Մենք շատ ենք ուշացել

Suriya dilemması: İdlib, Yoxsa Menbic

Gündem, Türkiye 18 Ocak 2019
31

Türkiyə rəsmiləri diqqəti Menbic üzərinə cəmləyib, Rusiya isə İdlibdə əməliyyatları gündəmə gətirir
Türkiyə xarici işlər naziri fevralın 6-da ABŞ-a səfər edəcək. Səfər zamanı M.Çavuşoğlu Vaşinqtonda İŞİD əleyhinə koalisiyaya üzv ölkələrin XİN rəhbərlərinin toplantısında iştirak edəcək. Bu səfərin əsas mövzusu Suriyada vəziyyət olacaq.

Bu barədə Türkiyə XİN rəsmi sözçüsü Hami Aksoy mətbuata açıqlama verib. ABŞ ordusunun Suriyadan çıxaırlması prosesinə toxunan Aksoy deyib ki, ordunun çıxarılması YPG-yə xidmət etməməlidir.

Bundan başqa İdlibdə baş verənlərə toxunan Aksoy qeyd edib ki, Ankara provokasiyaların İdlib anlaşmasını pozmasına imkan verməyəcək.
Hazırda Türkiyə hökumətinin diqqət mərkəzində olan əsas məsələ İdlibdəki vəziyyət və kürd bölgəsi, daha doğrusu ABŞ ordusunun bölgəni tərk etməsi, Menbicin taleyidir. ABŞ ordusunun çıxmağa hazırlaşması və bundan sonra baş verəcək hadisələr hazırda Türkiyə xarici siyasətinin əsas gündəmini təşkil edir. Türkiyə son həftələrdə Suriya sərhədlərinə ordu qüvvələri cəmləşdirməkdə davam edir. ABŞ administrasiyası isə ordunu Suriyadan çıxarsa da, Türkiyə ordusunun Menbic əməliyyatının qarşısını almağa, kürd qüvvələrinin qorunmasına çalışır. Bu məqsədlə yanvarın 18-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü Lindsi Qrem Ankaraya gəlib. Qrem Türkiyə prezidenti, xarici işlər naziri və kəşfiyyatın rəhbəri ilə görüşəcək. Bu səfərin məqsədi heç şübhəsiz ki, Türkiyənin planlanan Menbic əməliyyatı və kürdlərin taleyidir. Qrem respublikaçıların nüfuzlu nümayəndəsidir, kürdlərə açıq dəstək verir.

Hazırda Türkiyə üçün Suriyada ikinci mühüm məsələ İdlibin taleyidir. Məlum olduğu kimi, ötən ilin sentyabrında əldə olunmuş Soçi anlaşmasına əsasən İdlibin əsasən şimal və mərkəzi hissəsində Türkiyə atəşkəsi Türkiyə mühafizə etməlidir. Ancaq bu ilin əvvəlində baş verən toqquşmalardan sonra İdlibdə əsas silahlı gücə sahib olan ən-Nusra qruplaşmasının da daxil olduğu “Heyət Təhrir əş-Şam” (HTŞ) koalisiyası vilayət ərazisinin 70 faizini nəzarətə götürüb.
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İdlib anlaşmasına baxmayaraq ən-Nusra bölgədə planı provokasiya edir. Lavrov deyib ki, hazırda İdlibin 70 faizə qədəri ən-Nusranın nəzarətindədir və terrorçular buradan Suriya ordusunun mövqelərini atəşə tutur və hətta Rusiya ordusunun Xmeymimdəki bazasını təhdid edir.
Rusiya XİN rəhbəri hazırda Suriyada əsas problemlərdən biri adlandırıb Suriyadakı “sonuncu terror yuvasını”n mövcudluğunu sonsuza qədər davam etdirməsinin qeyri-mümkün olmadığını deyib.

Qeyd edək ki, Türkiyə mətbuatı hökumətin Suriyanın şimalında qurulacaq təhlükəsizlik bölgəsi haqda yazıb. Xatırladaq ki, Tramp bu həftənin əvvəlində bildirib ki, Suriyanın şimalında Türkiyə və kürdlər arasında 20 mil (33 kilomterə qədər – K.R.) uzunluğunda “təhlükəsizlik zolağı” yaradılacaq. Bununla da həm kürdlər Türkiyənin hücumundan qorunacaq. Həm də Türkiyə ərazisi kürd terrorçu qruplarının hücumundan mühafizə olunacaq. Pentaqon isə bəyan edib ki, “təhlükəsizlik zonası” müzakirələri aparılsa da, detallar dəqiqləşdirilməyib.

“Sabah” qəzetində dərc olunan yazıda qeyd edilir ki, Türkiyə Suriyanın şimalında Türkiyə ordusunun nəzarətində “Daxili Təhlükəsizlik Qüvvələri” yaradacaq. İkincisi, bölgədə terror təşkilatlarına dəstəyin kəsilməsini təmin edəcək təhlükəsizlik mərkəzləri qurulacaq. Daha sonra adları terror təşkilatları ilə əlaqədə hallanmamış şəxslərdən ibarət yerli məclislər təşkil olunacaq. Türkiyə ordusu Suriyanın 32 kilometr içərilərinə qədər irəliləyəcək. Təhlükəsizlik bölgəsi ilk növbədə terrordan təmizlənmiş olacaq. O da bəlli olub ki, ilk növbədə hazırda Türkiyə ordusunun nəzarətində olan Afrin, Cerablus və əl-Bab məntəqələrində bu proses həyata keçiriləcək. Bu bölgələrdə təhlükəsizlik Türkiyə ordusu və “Azad Suriya Ordusu” tərəfindən təmin olunacaq.

Ancaq maraqlıdır ki, Türkiyə daha çox Menbic və YPG bölgələrinə daha çox diqqət ayırdığı halda. Rusiya İdlib məsələsini gündəmə gətirir. Çünki hazırkı şərtlərdə İdlib məsələsinin gündəmə gəlməsi o qədər də əlverişli deyil. Çünki İdlibdə HTŞ-nin nəzarəti ələ keçirməsi Türkiyə üçün çətin vəziyyət yaradır. Türkiyə ordusu indiki şəraitdə Menbicdə deyil, İdlibdə əməliyyat keçirməsi Ankaranın maraqlarına cavab vermir. Ankara hesab edir ki, Menbic və Türkiyə ilə sərhəddə YPG-nin nəzarət etdiyi bölgələrdən kürd silahlıları çıxarılmalıdır. Amerikalıların bölgəni tərk etməsindən sonra kürdlərin Suriya ilə anlaşması Menbic də daxil olmaqla şimal ərazilərinin yenidən Dəməşqin nəzarətinə keçməsi anlamına gəlir. Bu səbəbdən də ilk növbədə Menbicin taleyi həll olunmalı, ondan sonra İdlibdə münasibətlər aydınlaşdırılmalıdır.
Moskva isə daha çox İdlibdəki vəziyyətin həll olunmasını istəyir. Yəni Rusiya terrorçu kimi tanınan qruplara, yəni HTŞ-yə qarşı əməliyyatın başladılmasını istəyir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Yorumlar