KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. SÜLHPƏRVƏR” SİYASƏTİN KONKRET MİSALLARI…

SÜLHPƏRVƏR” SİYASƏTİN KONKRET MİSALLARI…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
25 0

Rusiyanın “sülhpərvər” siyasət yürütdüyü, qonşularla tərəfdaşlıq münasibətlər qurduğunu deyənlərə Moskvanın siyasəti ilə ilə bağlı son iki addımını misal çəkmək istəyirəm. Rusiya prezidenti Vladimir Putin Tehranda İdlib mövzusunu Türkiyə və İran prezidentləri ilə müzakirə etməyə 3 gün qalmış bu şəhəri bombalamağa qərar verdi və türkiyəli həmkarını pis vəziyyətdə qoydu. Başqa misal: Sentyabrın 11-də Vladivostokda Şərq İqtisadi Forumu təşkil olunacaq. Foruma Yaponiyanın baş naziri də dəvətlidir. Elə həmin gün Rusiya Uzaq Şərqdə, Yaponiya sahillərinə yaxın 1981-ci ildən bu yana ən böyük hərbi təlimlərini keçriməyə qərar verib. Özü də təlimlərdə Yaponiyanın rəbiqi Çin də iştirak edəcək.

Kreml Tehran görüşü ərəfəsində Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı, Vladivostok forumu günü isə Yaponiyanın baş naziri Sindzo Abeni “fakt” qarşısında qoyub. Yəni həm Ankaraya, həm də Tokioya demək istəyirlər ki, “görüş və müzakirələr öz yerində, ancaq bundan əvvəl mənim hərbi gücümü görməlisən!”. Başqaları ilə də davranış eyni deyilmi? Xəzərin statusunu müəyənləşdirən Konvensiya imzalandıqdan və bölgədə barış açıqlamaları verildikdən bir gün sonra Rusiya müdafiə naziri Dağıstana gedərək Xəzərdə hərbi güclərini və hərbi limanlarını gücləndirəcəklərini elan etdi.
ELhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.