KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Süleymani Sui-qəsdi və Sonrası

Süleymani Sui-qəsdi və Sonrası

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
302 0

Əvvəla, bunu deyim ki, Qasım Süleymani öldü deyə, İranın əsasən onun üzərində yürütdüyü bölgəku hərbi təhlükəsizlik siyasəti sona çatdı demək olmaz. Şubhəsiz bu İran üçün ciddi bir uğursuzluqdur və praktikada müəyyən problemlər yaradacaq, ancaq Qasım Süleymaninin yerinə başqa biri keçər, rəsmi Tehranın bölgə siyasəti onunla yeni reallıqlara uygunlasdirilaraq davam edər.

Digər tərəfdən, Qasım Süleymaninin öldürülməsi Trampın hakimiyyətə gəldikdən sonra tətbiq etməyə başladığı İran siyasətinin məntiqi davamıdır. Xatırladaq ki, Tramp 2016-daki seçki kampaniyasında İranla Obamanın da imzaladığı nuvə müqaviləni ABŞ-ın imzaladiğı “ən pis razılaşma” kimi xarakterizə etmişdir.Kecen 3 il boyunca Trampın İran siyasəti Obama dövründə İranın beynəlxalq və regional sistemdə əldə etdiyi nüfuz və qəbul edilirliyi zəiflətməyə hədəflənib. İranla nüvə müqaviləsindən çıxma; yeni sanksiyalar; Suriya, İraq və Ərəb ölkələri ilə razılaşmalar bu konteksdə atılan addımlar olub. Bu siyasət həm sərt, həm də yumşaq güc amillərinin istifadə edildiyi ağıllı güc həmlələridir. Süleymani sui-qəsdi bu mənada sərt güc həmləsidir.

2020 ili həm İran, həm də ABŞ-da seçki ilidir. Regionda və dünyanın müxtəlif yerlərində ABŞ-İran mübarizəsinin yeni nümunələri olacaq. Bu mübarizə sahələri içərisində Azərbaycanın da olması şübhə doğurmur. Bölgədə növbəti həssas və müxtəlif risq və fürsətlər yaradan dövrə giririk.

İranının Süleymaninin ölümünə verəcəyi reaksiyaların ilk ağla gələn coğrafiyaları İraq, Suriya, Livan və Fələstindir. Bu reaksiyaların ilk hədəfinin ABŞ hərbi bazalarının İraq və Suriyada çıxarılması və bu ölkələrdəki ABŞ-li hərbicilər və onun muttəfiqi hərbi qruplasmalar olacağı təxmin edilə bilər. Sui-qəsdin Bağdadda olduğu və İranın bu ölkədəki imkanlarını nəzərə aldığımızda ən böyük təzyiq İraqda olacaq. Mehdi ordusunu yenidən yaradılması və İraq parlamentində ABŞ hərbi bazalarının statusu məsələsi gündəmə gəlməsi bunun ilkin işarələri.Yaxında Suriyada da ABŞ əleyhdarı bənzər cəhdlər güclənəcək. Livanda isə Hizbullah və Fələstində isə HAMAS-ın ABŞ və İsrail əleyhdarı siyasi və hərbi fəaliyyətlərini gücləndirməsi yüksək ehtimaldır.

Dr Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir