“7 il öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan rəhbəri İlham Əliyev tərəfindən təməli atılan “Star” neft emalı zavodu dünya ölkələrinin şahidliyi ilə açıldı”.
Bunu “Sherg.az” açıqlamasında Türkiyənin Beynəlxalq “VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay deyib.
Politoloq bildirib ki, ümumilikdə 6.3 milyard dollara başa gələn lahiyə Türkiyənin ilk strateji yatırımıdır:
“Zavod il ərzində ortalama 1.5 milyard dollar gəlir gətirəcək və ilkin mərhələdə 110 texniki işçinin cəlb olunması ilə hər il 10 milyon ton xam neft emal edəcək. Bu da Türkiyənin neftə olan ehtiyacının 25 faizinin ödənməsi deməkdir. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq hər keçən gün daha da möhkəmlənir. Bu istiqamətdə “Star” neft emalı zavodunun açılması mühüm strateji addımdır və gələcək üçün böyük ümid vəd etməkdədir”.
Professor bəyan edib ki, son dönəmlər Azərbaycan iqtisadi inkişafına görə bölgədə real gücə çevrilib:
“Əgər bu güc xarici siyasətlə paralel davam etdirilərsə, qısa zamanda bir çox problemlər çözülə bilər. Heç şübhəsiz, Türkiyə ilə Azərbaycanın iqtisadi lahiyələri regional problemlərin də həllinə müsbət təsir göstərəcək”.
İsmayıl
http://www.sherg.az/site/id-55777/%E2%80%9CStar%E2%80%9D_strateji_add%C4%B1md%C4%B1r,_g%C9%99l%C9%99c%C9%99k_%C3%BC%C3%A7%C3%BCn_b%C3%B6y%C3%BCk_%C3%BCmid_v%C9%99d_etm%C9%99kd%C9%99dir%E2%80%9D__%3Cfont_color=red%3E-_T%C3%BCrkiy%C9%99li_professor%3C/font%3E?fbclid=IwAR32J-r8qFfDdltS0vpXAgVefru2bW8VaZO9G9m3RWWX84nPpXHbip8HQ0w#.W83xJWgzbIV