KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan

Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
452 0

Dostlar! Şuşanın və küllü Qarabağın azad edildiyi bu xoş məqamda əsir bir türk millətinin öz azadlığı uğrunda apardığı mübarizəni özündə əks etdirən kitabım “The Harvard Cold War Studies Book Series”da nəşr olundu. “Sincanda Sovet siyasəti: Stalin və Şərqi Türkistanda milli hərəkat” (Soviet Policy in Xinjiang:
Stalin and the National Movement in Eastern Turkistan) kitabı Şərqi Türkistan xalqlarının, yəni uyğurların və digər türk xalqlarının öz azadlıqları uğrunda mübarizəsinin 20 illik bir dövrünü – 1930-cu ildən 1950-ci ilə qədərki mübarizə darixini əhatə edir. Bu kitab mövzu baxımından mənim daha əvvəl Harvardda nəşr edilmiş Soyuq Müharibənin Türkiyə və Güney Azərbaycan epizodlarının Şərqi Türkistanda tamamıdır, yəni, SSRİ-nin Cənub sərhədləri boyunca Sovet siyasəti.
Siz yəqin ki, Güney Azərbaycanda 21 Azər hərəkatı ilə tanışsınız. Eynisi, bənzəri Şərqi Türkistanda da baş vermişdi. 1933-1934-cü illərdə orada Şərqi Türkistan Türk-İslam Respublikası, 1944-1949-cu ildə isə Şərqi Türkistan Respublikası yarandı. Hər iki respublika dramatik bir tale yaşadı. Birinci respublika Sovetlərin əli ilə yıxıldı, üç şimal vilayətlərini (İli, Tarbaqatay, Altay) əhatə edən Şərqi Türkistan Respublikası uyğur, qazax və digər müsəlman xalqlarının Çin zülmünə qarşı mübarizəsinin zəfər və faciəsi özündə əks etdirirdi.
Bu hərəkatın liderləri Sabit Domullah, Hacı Niyaz Hacı, Əli xan Törə, Əhmədcan Qasimi, Əbdülkərim Abbasov, Osman Batır, İshakxan Monunov, Delalxan Sugurbayev, Məsud Səbri, Məhəmməd Əmin Buğra, İsa Yusuf Altekin və digrləri öz xalqının azadlığı uğrunda ağır bir mübarizə yolu keçdilər. Bu kitab da onların keçdiyi şərəfli mübarizə və faciəli taleləri barədədir. 1947-ci ildə Seyid Cəfər Pişəvəri Sovet Azərbaycanında avtomobil qəzasına salındı, 1949-cu ildə Şərqi Türkistan Respublikasının liderləri İrkutsk yaxınlığında təyyarə qəzasında məhv edildilər. Oxşar hadisələr, oxşar ssenarilər idilər. Hər iki hadisə Stalinin Sovet KGB-nin əliylə həyata keçirdiyi oxşar ssenarilər idi.
Ümid edirəm ki, bu araşdırmanın Harvard kitab seriyasında nəşr olunması XX əsrin iki onilliyində Şərqi Türkistanda gedən milli mübarizənin mahiyyətini daha yaxından anlamaqda Qərb oxucularına kömək edəcəkdir. Bu kitab mənim Washingtonda, Wilson Mərkəzində bir il ərzində apardığım araşdırmaların ən mühüm nəticəsidir. Kitab haqqında məlumatlarla şərh bölümünə qoyulmuş linkdə tanış ola bilərsiniz.
Cemil Hasanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir