KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Sosial şəbəkələr və Azərbaycanda görülən işlər

Sosial şəbəkələr və Azərbaycanda görülən işlər

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
467 0


Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.
Yeni Media-kütləvi informasiya vasitələrinin mövcudluğunun yeni forması olub, istifadəçilərin rəqəmsal qurğularda məzmunun yaradılması və yayılması zamanı fəal olmaq imkanı yaradan, habelə yeni çıxan texnologiyalar, onların istifadəsi və eyni zamanda köhnə texnologiyalar üçün inkişaf etdirilən yeni üsullar deməkdir. Yeni media dedikdə (yeni mühit, yeni vasitələr, yeni məcralar), kompüterlərin əməliyyat gücü olmadan yaradıla bilməyəcək və ya istifadə edilə bilməyəcək mühitlər nəzərdə tutulur. Ümumiyyətlə, dijital olmaqla istifadəçisinə və ya hədəf kütləsinə qarşılıqlı təsir imkanını təmin edir. Yeni media 20-ci əsrin sonu 21-ci əsrin əvvəli yaranan hər hansı mediaya verilən tərifdir. Yeni medianın əsas xüsusiyyəti internete giriş funksiyası olan mobil cihazla istənilən zaman istifadə oluna bilməsidir.
Müasir dövrdə hər kəs sosial şəbəkələrdən mənfi və ya müsbət yönümdə yararlanır ki, bu da günümüzün ən aktual məsələlərindəndir. Sosial şəbəkələrin bir çox üstünlükləri var: istənilən mövzuda informasiyanın bolluğu, ünsiyyətin daha çevik və optimal olması, komfortlu olması və s. Sosial şəbəkə ondan istifadə edən tərəflər arasında olan bir-biri ilə qarşılıqlı əlaqədə olan bir şaquli əlaqədir. Hər bir ölkədə cəmiyyətin sosial şəbəkələrdən istifadə etməsi, əlaqədə olması problemlərini həll edərkən həmin amili kommunikasiya, məqsədlər, tələblər və ehtiyaclar, effektivlik və həmin şəbəkədən istifadə edənlərin iştirak səviyyəsinə əsaslanır. Şəbəkələşmə konsepsiyası – yeni mediada çox yayılmış bir prosesdir. İndi sosial şəbəkələrdə insanlar daha çox məlumat paylaşmaq üçün şəbəkələşir. Buraya hər hansı bir xeyriyyə aksiyasından tutmuş, bir brendin reklamına kimi çox şey daxildir.
İnformasiya konsepsiyası – rəqəmsal informasiya artıq bir ağızdan deyil, çox ağızdan çıxıb yayıldığı üçün burada yayılan məlumat da kollektiv zəkanın məhsulu olur. Bu vəziyyət jurnalistlərə onu işarə edir ki, yeni mediada cərəyan edən çoxsaylı informasiya axınında “birinci mən paylaşım” psixologiyasına aldanıb məlumatı yoxlamamış ötürməsin. Xüsusən də, kütləvi faciələr, təbii fəlakətlər zamanı sosial mediada şayiələr sürətlə yayılır, bəzən yoxlanmadan, olduğu kimi ana mediada yer alan bu məlumatların da sonradan heç bir əsası olmur.
Sosial media konsepsiyası son vaxtlar yaranmasına baxmayaraq, kütlələr tərəfindən asanlıqla qəbul edilmişdir. Bilik hər bir inkişaf etməkdə olan texnoloji hadisənin dərhal qəbul edilməsini tələb edir.Eynilə texnoloji inkişaflar kimi, sosial media və virtual inkişaflar fərdlər tərəfindən tez qəbul olunur. Amma həyat tərzinin tez-tez və birdən-birə dəyişməsi özlüyündə bir çox fərdi və sosial problemlər gətirir. Fərdi problemlərin ən vacibliyi onların nəzarət edilə bilməyən olmasıdır.
Dünyada 7.7 milyard insan yaşayır və onlardan 4.4 milyardı aktiv insternet istifadəçisidir. Bu göstərici günü gündən artırki, buda sosial şəbəkələrin aktivlik səviyyəsinidə artırmış olur. 3.7 milyard insan isə sosial şəbəkələrdən istifadə edir. Əsas marağa səbəb olan məsələ isə son bir ildə dünya əhalisi 1% , sosial şəbəkələrdən istifadə edənlərin sayı isə 10% artmışdır. Bu onu göstərirki, insanlar arasında erken yaşlardan başlayaraq yaşlı insanlara qədər sosial şəbəkələrə daxil olan, istifadə edənlərin əhatəsi genişlənməkdədir.
Sosial şəbəkələr onun istifadəçisinin xüsusiyyətlərindən və məqsədəuyğun istifadəsindən asılı olaraq müsbət tərəfləri olduğu kimi mənfi tərəfləridə var. Ən başlıca mənfi cəhəti sosial şəbəkərin insanları özündən asılı hala gətirməsi, cəmiyyətdən, real həyatından, ailəsində, yaxınlarından uzaqlaşdırması, insanı “robot” kimi özünə tabe etməsidir. İnsanlardaki mənəvi, insani dəyərləri məhv edir və öz aid olduğu real həyatından uzaqlaşdırıb virtual həyatına bağlayır. Daha çox yeniyetmələr və uşaqlar arasında rast gəlinən isə sosial şəbələrin onların öz əxlaqi təməllərini dağıtmasıdır. Sosioloqların fikrincə insanlar sosial şəbəkələrin mənfi cəhətləri barəsində marifləndirilməlidirlər. Eyni zamanda, psixoloqlar azyaşlı uşaqların internetden istifadəsi zamanı böyüklərin onların yanında olmasını və üzərlərində basqı etmədən nəzarət etməsini məsləhət görürlər.
Bu baxımdan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilmişdir ki, bunlara aşağıdakıları misal göstərə bilərik :
➢ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa 2 maddə əlavə olunmuşdur:
1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla) yerləşdirilməsinə yol verməməlidir [3. maddə13-2.3.8-1];
2. internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır[3. maddə 13-2.6].
➢ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa 2 maddə əlavə olunmuşdur:
1. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir [4. maddə 11.6 ].
2. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır [4. maddə11.7].
​Bir çox öndə gedən ölkələrdə olduğu kimi Azərbaycanda da lazimi məlumatları əldə etmək, gündəmdəki informasiylardan xəbərdar olmaq, habelə çevik şəkildə ünsiyyətə girmək üçün sosial şəbəkələr vacib aspekt hesab edilir. Son vaxtlar isə dünyanın müxtəlif yerlərindən müxtəlif insanların bir-biri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə maraq daha artıb. Sosial şəbəkələr insanların istər kariyera, istərsədə özəl həyatlarının ayrılmaz hissəsinə çevrilmişdir. Sosial şəbəkələrin əsas aktiv istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Azərbaycanda da gənclərin sosial şəbəkələrdən istifadəsi kütləvi xarakter daşıyır. İnformasiya-kommunikasiya texnologiyaları Respublikamızda sürətlə inkişaf edir ki, bunun bariz sübutudur ki, 2013-cü il “İnformasiya -kommunikasiya texnologiyalar ili” elan olunmuşdur. Son dövrlərdə əsas məşhur, daha böyük istifadəçi kütləsinə malik sosial şəbəkələrə misal olaraq “Facebook”, “İnstagram”, “Linked In” , “Twitter”, “Tik Tok”, “Whatsapp”, “Fb messenger” və s. göstərilə bilər. Bu günümüzdə isə “Facebook” və “İnstagram” bir-biri ilə bir növ istifadəçilər arasında rəqabətdədir. Hazırda Azərbaycanda aylıq aktiv 1.8 milyon (70%-kişi, 30%-qadın) .
“İnstagram” istifadəçilərinin sayı isə aylıq aktiv olaraq 3 milyondur (65.2%-kişi, 34.8%-qadın).
Dünyanın istər ölkəsində, həmçinin Azərbaycanda da çox böyük istifadəçi kütləsinə malik olan sosial platformalardan ən məşhuru “YouTube”dir. “YouTube” yaranarkən sosial şəbəkə funksiyasına əsaslanmamış, o məqsəd daşımamışdır. Lakin, daha sonra genişləndikcə sosial şəbəkə rolunu daşımağa başladı. Buna görə “YouTube” öz xüsusiyyətlərinə görə sosial şəbəkə sayılada bilər, sayılmayada bilər. İnternet istifadəçilərinin 97% müntəzəm olaraq “YouTube”a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru” (14%) şəbəkələri yer alıb.Messencer xidmətlərinə gəldikdə isə Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardı. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısıodurki, sorğuistifadəçilərinin 74%-iyazışmaüçün ənənəvi olaraq SMS-i seçir.
Yeni medianın ikinci əsas xüsusiyyəti isə ‘demassifikasiyadır’. Klassik media vasitələri hər kəsə eyni mesaji göndərir, yeni media vasitələri isə geniş izləyici kütləsi içindən hər bir fərdə məxsus mesaj göndərilməsinə şərait yaradır. Məsələn hər hansı bir televiziya kanalı bütün izləyicilərlə eyni yayımı paylaşır, You Tube kimi saytlarda isə istifadəçi istədiyi video görüntünü izləyə bilər. Qısaca eyni anda sayta daxil olan minlərlə insan minlərlə fərqli görüntüyə baxa bilir.Kommunikasiya texnologiyalarının bir mərkəzdə toplandığı və qəbuledici ilə ötürücü arasında ötürücüdən istifadəçiyə doğru tək tərəfli əlaqənin mövcud olduğu klassik media anlayışının yerini fərdi seçimlərin önə çıxdığı yeni media anlayışı almışdır.
Müasir dövrümüzdə Respublikamızda bütün sahələrdə olduğu kimi, təhsildə çağdaş texnologiyalarla, internetlə qarşılıqlı inteqrasiya olmuşdur. Orta məktəblərdə ən aşağı siniflərdən başlayaraq internetlə araşdırma qabiliyyəti, məlumat tapa bilmək bacarıqları öyrədilir. Bununlada onlar daha geniş məlumat bazası əldə edirlər. İnternetin təhsilə inteqrasiyası nə qədər labüd olsa da, doğru istifadə olunmadıqda mənfi təzahürlərə yol aça, hətta istifadəçilərin psixoloji problemlər yaşamasına gətirib çıxara bilər. İnternetdən azyaşlıların istifadəsi zamanı vacib müdafiə mexanizmlərinin yaradılması hər zaman aktual məsələ olmuşdur.
Azərbaycanın Təhsil Şəbəkəsinin onlayn süzgəcləmə funksiyası, imkanları sayəsində istifadəçilər tam təhlükəsiz, şəffaf qaydada bu şəbəkədən istifadə edirlər. Göründüyü kimi, Azərbaycan Təhsil Şəbəkəsi digər funksiyaları ilə paralel mühüm sosial vəzifəni də uğurla yerinə yetirir – yetişməkdə olan nəslin nəinki təhsilli böyüməsinə, eləcə də hərtərəfli formalaşmasına və tərbiyəsinə mühüm töhfə vermiş olur.
Kommunikasiya və texnologiya yalnız bu günə deyil gələcəkdə baş verəcək bütün proseslərə təsir göstərmək gücünə malikdir. Bu səbəbdən texnologiya və kommunikasiyanı öz daxilində birləşdirən yeni media çox vacib bir faktordur. Yeni medianı hər tərəfli araşdırmaq və anlamaq onun gələcəkdə yarada biləcəyi mənfi təsirlərin qarşısının alınmasında böyük rol oynayır.
Koronovirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə hökumətlər tərəfindən məktəblərin müvəqqəti və ya qeyri-müəyyən vaxta qədər bağlanması səbəbindən rekord sayda uşaq və gənc məktəbə getmir. Martın əvvəllərinə olan məlumata görə, 4 fərqli qitədəki 22 ölkədə məktəblərin bağlanmasına qərar verilib və ya artıq bağlanıb. Ancaq ölkədəki güclü təhsil şəbəkəsi ilə təhsil alanlar evdə onlayn təhsillərini davam etdirə və imtahanlarını verə bilirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman öz çıxışlarında informasiya-kommunikasiya texnologiyalarının imkanlarının hamı üçün əlçatan olmasının vacibliyini qeyd edir. Bu istiqamətdə aparılan işlərdə buna əlverişli zəmin yaradır.
İstifadə olunan ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi
2. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu https://meclis.gov.az/?/az/law/2321
3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
5. https://report.az/i-kt/olkede-en-populyar-sosial-sebeke-youtube-imis/
6. https://ict.edu.az/news/86 Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytı.

Murtəza HƏSƏNOĞLU

Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir