KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Soçi razılaşması-Rusiya və Türkiyənin diplomatik əsəri kimi

Soçi razılaşması-Rusiya və Türkiyənin diplomatik əsəri kimi

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
314 0

Bu gün dünyanı məşğul edən ən mühüm diplomatik sənədlərdən biri 28 sentyabr 2019-cu ildə Rusiya ilə Türkiyə arasında əldə olunmuş Soçi razılaşmasıdır ki, üstündən az müddət keçməsinə baxmayaraq geniş müzakirə olunur və heç təsadüfi deyil ki, diplomatik sənəd-diplomatik dərs olaraq tarixdə yer tutmaqdadır.
Əvvəldən o qədər də diqqəti cəlb etməməsinə baxmayaraq Putin-Ərdoğan görüşünə dünyanın siyasi dairələrində çox fərqli , bəlkədə inamsız yanaşmalar var idi. Lakin görüşün başa çatması, orada olan razılaşmaların mahiyyəti açıldıqdan sonra bu-Soçi görüşünə müasir dövrün ən mühüm geosiyasi əhəmiyyət kəsb edən razılaşmalara nail olunduğu iddia edilməkdədir. Siyasi və diplomatik ekspertlər Soçi görüşünü təhlil edərək tamam ilə gözlənilməyən, yeni nəticələr çıxarırlar. Qeyd edirlər ki, bu görüş bölgə münasibətlərini deyil,bir sıra xarici siyasət aspektində dünya siyasətində dünya siyasətində qüvvələr nisbətini dəyişə biləcək hadisə kimi təqdim edirlər.
Doğrudan da Soçi razılaşması Yaxın Şərqin gələcəyi baxımından, suriyada vəziyyətin normallaşdırmasında ciddi rol oynamağa başlamış və irəlidə uğurlarının daha da artacağı görünməkdədir. maraqlı olan cəhət hətta Amerika və Avropa dövlətləri belə Soçidə əldə edilən razılaşmanı müsbət qiymətləndirməkdə gecikməyiblər.
Soçi razılaşmasının ən yaxın nəticələrindən birincisi Türkiyənin dünya miqyasında mövqeyinin möhkəmləndirilməsində çox təsirli olduğu qeyd edilir. Artıq bir neçə gün ərzində dünyanın kütləvi informasiya vasitələrində Soçi razılaşması mühüm müzakirı və dəyərlənirmə obyektinə çevrilmişdir. Dünya mətbuatının ən inamlı iddialarından biri bundan ibarətdir ki, Puutin –Ərdoğan razılaşması dünyada qlobal qüvvələr nisbətinə təsir edə biləcək hadisədir. Burada inamlı olan proqnozların çoxunda Soçi razılaşmasının beynəlxalq münasibətlər sisteminə təsirinin uzunmüddətli olacağına dərin ina m da çəkinmədən ifadə edilir.
Rus dilli mətbuatda da çox yazılan və ciddi müzakirə edilən məsələlərdən biri də Soçi razılaşmasıdır. Rusiya parlamentinin üst palatasının-Federasiya Konseyinin Beynəlxalq münasibətlər komissiyasının sədri Konstantin Kosaçev bu razılaşmanı bir mütəxəsis kimi obyektiv təhlil edir. Bu gün rus mətbuatında, siyasi dairələrdə konstantin Kosaçevin təhlil fenomeni nə ilə əlaqədardır. Türkiyə Respublikasına münasibət çox təəssüf olsun ki, dünyanın fərqli cöğrafiyasında nəinki bir-birindən fərqlənir, hətta bir-birinə qarşıdır. Osmanlı dövlətini tarixdə yaşadan bir çoxları müxtəlif amillərin təsiri ilə unutmaq istəsə belə xalqların genetik yaddaşına yazılan türk ədalətidir. Avropa dilçilikdə, terminoloji cəhətdən mənası günəşin batdığı yer deməkdir. Müasir dövrdə də təbiətin qanunu dəyişməmiş, Günəş bizə və eləcə də Rusiyaya nisbətən Qərbdə-Avropada batır. Amma hazırda dünyanın nizanına cavabdeh olan aparıcı avropa dövlətləri, xüsusən beynəlxalq təşkilatlar ölmüş ədalətə yas tutur, ikili, üçlü standartların faktiki olaraq fəaliyyət əsasnaməsi etmişlər. bu bir reallıqdır ki, xalqlar Avropa təşkilatlarına ədalət öldüyünə, çox halda bölgəni təhdid edən terroru dəstəklədiyinə görə, işğala göz yumduqlarına görə inanmırlar. İnsan hüquqlarının qorunması bayrağını qaldıran Avropa cənnəti, məmləkətində terror cəhənnəmindən qurtulub qaçan suriyalıları qorumaq üçün Stalin dövründə olan dəmir pərdə yaratmışlar.
Suriyadan terrordan canını qurtarıb “aman” deyə qaçmağa çalışan qaçqın, köçkün dalğası Avropada dəmir pərdəyə, şəbəkəyə dəyib dayanırlar. Çox maraqlıdır ki, birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Komisarlığın səlahiyyətliləri ofislərinin pəncərəsində n baş verənləri seyr edirlər, deyəsən günahkarları cəzalandırmağı düşünmürlər. Onlara müzakirə üçün statistika lazımdır. Deyəsən günahkarları cəzalandırmağı düşünmürlər, bəlkə də səlahiyyətləri çatmır. Senator Konstantin Kosaçev demişkən tarixində ədalət olan Türkiyə respublikası kimi “müstəqil siyasət yeridən, sözün tam mənasında müstəqil olan bir dövlət var.”
Qaçqınlar üzrə komissarlıq, eyni vaxtda da Avropa dövlətlərinin rəhbərləri köç dalğasını Avropa cənnətini qorumaq uçun Türkiyə respublikasına istiqamətləndirirlər. Hətta Türkiyə Respublikası ilə onların qəbul olunmasının qayda qanunlarını, hətta ödəmədikləri halda maliyyə xərclərini belə müəyyən edirlər. yenə obyektiv siyasətçi(siyasətçilər içərisində obyektivi çox az olur) Konstantin Kosaçev “Türkiyənin nüfuzlu bir ölkə olduğunu” vurğulayır. Köç, qaçqın dalğası Türkiyə respublikasının sərhəddində dəmir pərdə görmədilər. Nə yaxşı ki, Türkiyə respublikası var idi. Qucaq açdı suriyalılara Allah qonağına qucaq açan kimi. Türkiyə respublikasının prezidenti Tayyib Ərdoğanın qeyd etdiyi kimi onlara qapıları başlamaq olmaz, onlara qucaq açmaq son tikəmizi belə onlarla yarı bölməliyik.
Türkiyə respublikasının nüfuz qazanmasının mənbəyi bu şəkildə qarşılama ilə əlaqədar meydana gəlmişdir. 3,5 milyona yaxın qaçqın neçə müddətdir ki, Türkiyəyə sığınıb. Dəqiqləşdirmələr aparılarsa bu rəqəm inanıram ki, arta bilər. Dəqiq artıqdır. Türkiyə respublikasının suriyəlilərə qarşı bu münasibəti dünyada nümunəvi insanlıq örnəyidir.
Yaxın Şərqdəki terror ilk baxışda region xalqları üçün çox böyük təhlükə təşkil edir. Lakin terrorun tarixi təcrübəsi dəfələrlə bir isbat etmişdir ki, terrordan tamamilə təhlükəsiz çoğrafiya yoxdur. Bu gün hələ dünyanın fərqli bölgələrində insanların dövlətlərin əsaslı terror ilə rastlaşmadığını iddia edənlər var. Amma unutmamaq lazımdır ki, əslində müasir dünyamızda terrorun coğrafiyası çox genişlənmiş, istənilən qitənin insanları terrorla tanış olmuş, terrorun nəticəsini öz üzərində görmüşlər. Ona görə də terrora qarşı mübarizə regional tədbir olmayıb , dünya miqyaslı tıdbir mahiyyəti daşımaqdadır. Bu gün Soçi razılaşmasında əsas münasibət Yaxın Şərq xalqlarının düşməni olan terrorun çox böyük təhlükə mənbəyi olması xüsusi ilə sənəddə təsbit edilmişdir.
Müasir dünyada qeyd etdiyimiz kimi bu və ya başqa dərəcədə bütün dövlətlər təhlükəsizliyi təmin eləmək üçün terror və onun təzahürlərinə qarşı mübarizə aparırlar. Ancaq Soçi görüşməsində belə bir yanaşma hakim olmuşdur ki, hazırkı vəziyyətdə terrora qarşı mübarizənin əsas ağırlığı Türkiyə respublikasının üzərinə düşür və hər gün dünya mətbuatının səhifələrini işğal edən xəbər materialları Türkiyə Respublikasının terrorla qarşı=qarşıya qaldığını de-fakto təsdiq edir. Lakin ağır vəziyyətə baxmayaraq Türkiyə Respublikası dövlət olaraq beynəlxalq öhdəliklərə sadiq qalaraq dünya miqyasında sözünü deydiyini hadisələrin gedişi təsdiq edir.
Soçi razılaşmasının ilk nəticəsi Suriya ilə əlaqədardır. Türkiyə respublikası Suriyanın ərazi bötövlüyünü suriyalılara yenidən qazandırdı. Suriyanın çox böyük əraziləri Rusiya və Türkiyənin köməyi ilə o qədər də qan tökülmədən sahibinə qaytarıldı.
Hasanbala Sadıkov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir