‭Rus tv sunucusu: Afrin operasyonundan sonra Erdoğan’a ben de inanmaya başladım

PYD Krizinde Türkiye-ABD Anlaşması Olur Mu?

Erdoğan çok ülke geziyor

BOLQARISTAN-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞINA MANE OLMAQ İSTƏYƏN QÜVVƏLƏR VAR

Şİİ ve Sünni mollalar niye Türkçeye cehennem dili diyor.

Gündem 21 Şubat 2021
87

Mollaların “cəhənnəm dili” hesab etdiyi türkçəmiz: Xilas nədədir?

21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün ana dilində təhsil ala bilməyən onlarla xalq var. Haqqı tapdalanan xalqlardan biri də İranda yaşayan Azərbaycan türkləridir. 35 milyondan çox olan Güney Azərbaycan türkləri ana dilində təhsil hüququna malik deyil.

Cəmi 150 min olan ermənilərin İranda onlarla kütləvi informasiya vasitəsi, məktəbləri var. Lakin İranın hakim molla rejimi bu doğal haqqı türklərə tanımaq istəmir. İran şovinistlər türk dilini sıxışdırmaqla azərbaycanlılar asimilyasiya etmək niyyətindədir. Bu prosesin qarşısını necə almaq olar?

Bütöv Azərbaycan Ocaqları sədrinin türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, əgər bu gün İran İslam rejimində milyonlarla türk, o cümlədən Güney Azərbaycan türkü ana dilində təhsil ala bilmirsə, bu yalnız Türk-İslam aləminin deyil, bütün dünya ictimaiyyəti üçün utancverici bir haldır:

“Ancaq bu da bir gerçək ki, belə bir durumun yaranmasının səbəbkarı da yalnız ariançı fars şovinistləri deyil, eyni zamanda dünyanın sivil, demokratik dövlətləri sayılan Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və başqalarıdır da.

Hər halda İran Pəhləvilərinin 1925-ci ildən başlayaraq geniş planda aparılan Türksüzləşdirmə siyəsətinin arxa planında həmin dövlətlərin böyük payı olmuşdur. Məhz ariançı fars şovinistlərinin və havadarlarının anti türk siyasəti nəticəsində də son bir əsrdə on minlərlə türk, o cümlədən Azərbaycan türkləri assimilyasiya olunub, Türk dilinə qadağalar qoyulub və türk əhali, ancaq farsca yazmağa və danışmağa məcbur edilib və edilməyə də davam edir. İrançıların-panfarsistlərin istər İran Pəhləvilər, istərsə də İran İslam rejimləri dövründə Türk dilinə qarşı aqressiv mövqe tutmalarında başlıca məsələ də, Türk xalqını ana dilindən məhrum etməklə tamamilə farslaşdırmaq və onu yer üzündən birdəfəlik silməkdir.

Şübhəsiz, təxminən bir əsrdir öz ana dilində təhsil almayan, üstəlik orta və ali məktəblərdə, hərbi xidmətdə, dövlət qurumlarında və digər önəmli sahələrdə türk dilində danışmağa ixtiyarı olmayan bir toplum gec-tez onu assimilyasiya edən toplumun köləsinə çevrilir.

Deməli, ariançı farsçıların türk dilinə qadağasının əsasında türklərin assimilyasia edilərək farslaşdırılması və yox edilməsi siyasəti dayanır. Ariançı fars şovinistləri bu mənfur siyasətlərini də əsasən iki istiqamətdə aparırlar. İlk növbədə, onlar ümum-İran vətəni, ümum-İran dövləti, ümumiran mədəniyyəti, bir sözlə irançılıq ideologiyası adı altında Türk dilini və türklüyü assimliyasiya edirlər”.

“Bunun ağır fəsadları olacaq”

F.Ələkbərli hesab edir ki, ana dilinin sıxışdırılması çox ağır fəsadlara gətirib çıxara bilər: “Hər kəsə, məlum olduğu kimi Ana dili hər hansı xalqın varlığının əsas sütunudur. Əgər bir xalq öz ana dilində təhsil almırsa, üstəlik ana dilini qorumaq uğrunda verdiyi mübarizədə daima ciddi yaralar alırsa, həmin xalq hər il daha bir addım doğma dilindən uzaqlaşaraq assimliyasiya olunur. Ötən bir əsr ərzində türklər, o cümlədən Güney Azərbaycan türkləri çox zor şərtlər altında ana dilini qorumaqla asssimilyasiya prosesindən mümkün olduqca yan qaçmağa çalışmışlar. Ancaq bunun mənfi nəticələrinin olması da bir gerçəkdir”.

“Mollalar türkcə danışanların cəhənnəm atəşində yanacaqlarını iddia ediblər”

BAO təmsilçisinin fikrincə, İran şovinistləri asmilyasiya siyasətini məzhəbçilik adı ilə pərdələməyə çalışırlar: “Ariançı fars şovinistləri türk dilinə qarşı apardıqları “Səlib yürüşü”ndə dini məzhəbçilikdən maksimum faydalanmağa çalışıblar. Təsadüfi deyil ki, ariançı fars şovinistləri zaman-zaman həyasızcasına türk dilini “cəhənnəm dili” elan edir, bu dildə danışanların cəhənnəm atəşində yanacaqlarını iddia ediblər.

Onlar üçün türk dilinin təlim-tədrisdə deyil, hətta xalq arasında danışıq dili kimi qalması və sosial şəbəkələrdə istifadə olunması belə, az qala dinə zidd elan olunur. Halbuki İslam dinində hər bir xalqın dilinə, milli kimliyinə və mədəniyyətinə hörmət göstərilməsi ilə bağlı onlarla nümunələr vardır. Əgər İslam dinində deyilirsə ki, bütün müsəlmanlar qardaşdır, o zaman bir müsəlman digər müsəlman qardaşının dilinə, mədəniyyətinə təcavüz etməməlidir. Bu, İslam dininə görə ən böyük günah və suç olmaqla yanaşı, insanlığa da ziddir”.

“Şovinistlər insanlığın da ziddinə gedirlər”

F.Ələkbrəli hesab edir ki, ana dili uğrunda savaşan Güney Azərbaycan türklərinə sahib çıxmalıyıq:

“Əgər bu günə qədər hətta, molla rejimi dövründə türk dilinin öz haqq etdiyi yerini tutmağa imkan verməyənlər çox böyük yanlışlığa yol verdilər. Bununla da, fars şovinistləri yalnız İslam dininin deyil, insanlığın da ziddinə getmiş oldular. Ən əsası da, sözdə şiəlikdən çıxış edən fars şovinistləri türklərlə farsların vahid dövlət çatısı altında birgə yaşamalarına ciddi və sarsıdıcı zərbə vurdular.

Bu isə o deməkdir ki, artıq türklərin, o cümlədən Güney Azərbaycan türklərinin yeni bir dövlət yaratmaqdan və həmin dövlətdə də ana dilini haqq etdiyi yerdə görməkdən başqa çarələri qalmayıb. Əlbəttə, Güney Azərbaycan türklərinin belə bir durumunda, ən azından onlar milli dövlətə sahib olana qədər dünya azərbaycanlılarının yeganə dövləti olun Azərbaycan Respublikası doğma qardaş və bacılarına sahib çıxmalıdır. Güney Azərbaycan türklərinin Azərbaycan Respublikasında ana dilində təhsil almaları üçün hər cür şərait yaratmalıdır”.

Aydın Turan
Cebhe.info

Yorumlar