KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Shahin Caferli: Zelenskinin sözləri

Shahin Caferli: Zelenskinin sözləri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
318 0

Kimsə Zelenskinin sözlərini kontekstdən çıxarıb, yayır. Sonra hamı onu təkrarlayır.

Zelenskinin açıqlamasının həmin hissəsi tam olaraq belədir:

“Ən əvvəl deyim ki, mən dialoqa hazıram, lakin biz kapitulyasiyaya hazır deyilik. Bu, mənə aid məsələ deyil, məni seçən insanlara aiddir. NATO-ya gəldikdə isə Ukraynanı qəbul etməyəcəklərini anladıqdan sonra mən bu məsələdən soyudum. Alyans mübahisəli məsələlərdən və Rusiya ilə konfrontasiyadan qorxur. Ukrayna diz üstdə nəyisə xahiş edən ölkə olmaq istəmir, mən belə prezident olmaq istəmirəm. Mən təhlükəsizlik qarantiyalarından danışıram.

Düşünürəm ki, müvəqqəti işğal olunmuş ərazilər və Rusiyadan başqa heç kim tərəfindən tanınmamış respublikalar barədə maddələri … biz müzakirə edə və kompromis tapa bilərik ki, bu ərazilər necə yaşayacaq. Mənim üçün vacibdir ki, Ukraynanın tərkib hissəsi olmaq istəyən insanlar həmin ərazilərdə necə yaşayacaqlar. Ukraynada kim deyə bilər ki, onları (həmin tələbləri) qəbul etmək istəyir? Məsələ tanınma məsələsindən daha mürəkkəbdir. Bu, növbəti ultimatumdur. Lakin biz ultimatumları qəbul etməyə hazır deyilik. Lazım olan nədir? Putin informasiya vakuumunda oturmaq əvəzinə danışmağa, dialoq aparmağa başlamalıdır. Mən düşünürəm ki, o real situasiyanı bilmir…”

Bu və əvvəlki açıqlamalar göstərir ki, Ukrayna NATO üzvlüyü məsələsində geri addım atmağa hazırdır. (Zatən yaxın gələcək üçün Ukraynanın ittifaqa qəbulu gözlənilmirdi.) Ukrayna hansısa güzəşt etməlidir ki, Rusiya bunu əsas götürüb, daxili və xarici ictimaiyyətə elan etsin ki, mən istədiyimə nail oldum və müharibəni dayandırıb, ordunu geri çəkirəm. Yoxsa, bu savaşın sonu gəlməz.

Bir məqamı da unutmayın ki, Zelenski taleyüklü məsələlərdə bağlı qapılar arxasında, təkbaşına qərar verə bilməz. Tutaq ki, Zelenski nəyəsə razılaşdı, amma döyüşən ordu bunu qəbul etmədi. Onda nə olacaq? Əgər videolara fikir verirsinizsə, çəkiliş edən hərbçilər siyasətçi kimi danışır. Hamısı siyasi məsələləri çox yaxşı anlayır. Məsələn, Xarkov ətrafında darmadağın olunmuş Rusiya OMON-unun görüntülərini çəkən əsgər deyir ki, siz öz diktaturanızı bizə sırıya bilməyəcəksiniz, biz ölkə daxilində istədiyimiz zaman iradəmizi azad şəkildə ortaya qoyuruq, mitinqlərimizi heç kim dağıtmır və s…

Ukrayna ordusu bu gün sadəcə, əmr yerinə yetirən bir struktur deyil, nəyin uğrunda döyüşüb, qurbanlar verdiyini yaxşı anlayan siyasiləşmiş bir gücdür. Zelenski təslimçi sülhə imza atacaq, bunlar durub baxacaq? Onda niyə müharibə edirdilər ki?
Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir