KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Ukrayna’da Rus S 400 vuruldu

Shahin Caferli: Ukrayna’da Rus S 400 vuruldu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
121 0

Belqorod ərazisində Rusiyanın S-300/400 batareyası HİMARS zərbəsi ilə məhv edilib.

Müharibənin başlamasından 2 il 3 ay sonra Ukrayna Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməyə icazə ala bildi. Putin rejimi isə iddia edir ki, o, NATO ilə döyüşür. Buna inananlar da var. Halbuki NATO Ukraynaya öz hərbi potensialının uzağı 5%-i həcmində yardım göstərir, üstəlik onu Rusiya kimi böyük düşmən qarşısında tək əllə boksa məcbur buraxıb.

Baydenin son qərarı da yarımçıq və məntiqsizdir. Ukraynaya ATACMS raketləri ilə Rusiya dərinliklərinə zərbə endirmək qadağan edilib. Bu, o deməkdir ki, Rusiya öz hərbi bazalarını, silah anbarlarını, HHM vasitələrini HİMARS mənzilindən (80 km) bir az uzağa daşısa, problem olmayacaq. Aydındır ki, bir müddət sonra bu qadağa da götürüləcək, lakin gərəksiz yerə işğalçıya zaman qazandırılır.

P. S. Qeyri-rəsmi məlumata görə, Fransa özünün 250 km məsafəsi olan SCALP raketləri ilə Rusiya ərazisini vurmağa icazə verib. Lakin bu raketlərdən Ukraynaya hələ ki məhdud sayda göndərilir.
Shahin Caferli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir