KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Shahin Caferli: Ukrayna təxminən 10 milyard dollar gəlir əldə edəcək

Shahin Caferli: Ukrayna təxminən 10 milyard dollar gəlir əldə edəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
334 0

Dünən Türkiyədə Ukrayna taxılının dünya bazarına çıxarılması üçün BMT-nin vasitəçiliyi ilə mühüm anlaşma imzalandı.

Bu anlaşmada Türkiyə rəhbərliyinin müsbət rolunu ayrıca qeyd etmək lazımdır. Limanlarda qalmış bütün taxılın ixracı mümkün olarsa, Ukrayna təxminən 10 milyard dollar gəlir əldə edəcək ki, bunun indiki vəziyyətdə nə qədər həyati dərəcədə önəmli olduğunu izah etməyə ehtiyac yoxdur.

Lakin sənədin mürəkkəbi qurumamış Rusiya bu gün Odessa limanına raket zərbələri endirdi. Buraxılan 4 “Kalibr” qanadlı raketindən 2-si vurulsa da, 2-si limana düşüb. Ukraynanın 22 milyon ton taxılının əksəriyyəti məhz bu limanın anbarlarında qalıb. Bir daha təsdiqləndi ki, Rusiya ilə imzalanan hər hansı anlaşma, mərhum Dudayev demişkən, suya yazılan yazı kimidir.

Rusiyada bu gün terrorçu rejim bərqərar olub. Müasir dünya Ukraynanı ciddi şəkildə silahlandırmağa davam etməlidir ki, terrorçu Putin rejiminin ən azı Ukraynanın içərisində əzilməsi və oradan qovulması təmin olunsun. Bu, tamamilə mümkün variantdır və Ukraynanın belə bir gücü var. (Zətən cəbhədə artıq dönüş anı yaxınlaşmaqdadır.)

Dünən hörmətli prezident Ərdoğan müharibənin dərhal dayandırılması ilə bağlı çağırış etdi. Bu, şübhəsiz ki, humanist bir istəkdir, lakin hazırkı durumda savaşın dayandırılması Ukraynaya qətiyyən lazım deyil. Elə bil ki, Qurtuluş savaşında Kütahya-Eskişehir məğlubiyyətlərindən sonra Atatürkü müharibəni dayandııb, masaya oturmağa çağırırsan. Habuki cəmi ikicə ay sonra qarşıda Sakarya zəfəri var. İndi atəşkəs Rusiyaya lazımdır ki, nəfəs dərsin və cəbhəyə yeni qüvvələr daxil etmək üçün zaman qazansın.

Taxıl danışıqlarında atəşkəs məsələsi də gündəmə gəlmişdi, lakin Ukrayna bunu rədd etdi. Rusiya anlaşmanı imzalayıb, dünyaya, xüsusən Ukrayna taxılının əsas müştəriləri olan Orta Şərq və Afrika ölkələrinə sülhsevər, humanist qiyafəsində görüntü verməyə çalışsa da, bugünkü bombardman onun gerçək simasının və Ukraynanın təslimiyyəti rədd etməsindən duyduğu qəzəbin göstəricisidir

Shahin Caferli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir