KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Shahin Caferli: Trampdan BRİCS-ə xəbərdarlıq.

Shahin Caferli: Trampdan BRİCS-ə xəbərdarlıq.

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
38 0

Tramp bildirib ki, BRİCS ölkələri vahid valyuta və dollara alternativ olacaq pul vahidi yaratmaq fikrindən imtina etməlidir, əks halda, ABŞ-la ticarətdə 100%-lik gömrük rüsumları ilə qarşılaşacaqlar.

“Biz bu ölkələrdən nə yeni bir BRİCS pul vahidi, nə də güclü ABŞ dollarının yerini tutacaq başqa pul vahidini dəstəkləyəcəklərinə dair təəhhüd gözləyirik. Əks təqdirdə, 100%-lik gömrük vergisiylə qarşı-qarşıya qalacaqlar və möhtəşəm ABŞ iqtisadiyyatına satışlardan vaz keçmələri lazım gələcək. Gedib başqa bir axmaq tapsınlar! BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil, buna cəhd edən hər hansı ölkə ABŞ-la əlaqələrə əlvida deməlidir”, – deyə Tramp sosial media hesabında yazıb.

Məlumdur ki, BRİCS vahid valyutasının yaradılması məsələsində ən çox canfəşanlıq edən Rusiyadır. Bu məsələ təşkilatın oktyabrdakı Kazan zirvə toplantısında müzakirə olunsa da, hər hansı razılıq əldə edilməyib.

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan və Türkiyə BRİCS-ə qoşulmaq üçün müraciət etsələr də, Kazanda müsbət cavab ala bilmədilər. Qeyri-rəsmi məlumatlara görə, Hindistan buna razılıq verməyib. (Türkiyə yalnız tərəfdaş ölkə statusu aldı).

Ümumiyyətlə, BRİCS həddən artıq şişirdilmiş bir təşkilatdır. Halbuki o, qarşılıqlı öhdəliklərlə bir-birinə bağlı olan dövlətlərin inteqrativ birliyi, ittifaqı, bloku deyil, nə Nizamnaməsi var, nə rəhbər orqanları. Bu baxımdan Rusiya mətbuatı başda olmaqla, dünya mediasında BRİCS-də təmsil olunan dövlətlərin iqtisadiyyatlarının ümumi həcmini, əhalisinin sayını və digər göstəricilərini toplayıb, ortaya iri rəqəmlər qoyulması və bunların G7, ABŞ və Aİ ilə müqayisəsi baş aldatmaqdır. Toplam 2,8 milyard nəfər əhalisi olan Çin və Hindistanın nominal ÜDM-i əlbəttə ki, böyük olacaq. Amma bu dövlətlərin göstəricilərini kağız üzərində birləşdirməyin mənası yoxdur, onlar aralarında kifayət qədər ciddi problemlər olan regional rəqiblərdir.

Adambaşına düşən ÜDM göstəricisi ölkələrin inkişaf və rifah səviyyəsini daha çox əks etdirir. Bu göstərici BRİCS-ə üzv ölkələrin cəmində 15,5 min dollar olduğu halda, müttəfiq G7 ölkələrində 62,5 min dollardır – baxmayaraq ki, BRİCS-də təmsil olunan ölkələrdə dünya əhalisinin 42%-i, G7 ölkələrində isə cəmi 10%-ə yaxını yaşayır.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir