KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Rusiyalı oliqarxların dili açılır

Shahin Caferli: Rusiyalı oliqarxların dili açılır

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
296 0

Milyarder iş adamları Oleq Deripaska və Mixail Fridman müharibəni dayandıraraq dərhal danışıqlara başlamağa çağırıblar.

Aydındır ki, bunun səbəbi Qərbin elan etdiyi və “Rusiyanı rubilnikdən söndürməyə” yönəlmiş iqtisadi savaşdır.

Avropa Birliyi öz səmasını Rusiya üçün tamamilə qapatdı. Bir az əvvəl Rusiyanın “Pobeda” şirkətinin sərnişin təyyarəsinin İstanbuldan uçuşuna icazə verilməyib. (Bu loukoster “Aeroflot” qrupuna daxildir.) Səbəb İrlandiya lizinq şirkətinin “Pobeda”nın istifadəsinə verdiyi “Boeing”i geri istəməsidir.

Bu gün Rusiyanın Xabarovsk şəhərindən Meksikaya uçan “Boeing”ə də Mexikoda həbs qoyulub. Səbəb sığorta şirkətinin sığorta xidməti göstərməkdən imtinasıdır.

Avropa Birliyi, Britaniya və ABŞ Rusiyaya bütün növ təyyarələrin, onların ehtiyat hissələrinin və avadanlıqların satışını, Rusiyaya aid təyyarələrə texniki və sığorta xidmətləri göstərilməsini yasaqlayıb. Bu sanksiyaların müddəti bir az uzansa, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətinlik çəkəcək.

Son yazılarımın birində mübaliğə etmişdim ki, Rusiya orta əsrlərə qaytarılır. Amma gedişat onu göstərir ki, həqiqətən belə olacaq.

Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir