KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Rusiya Kiyev uğrunda savaşı uduzdu

Shahin Caferli: Rusiya Kiyev uğrunda savaşı uduzdu

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
294 0

Rus ordusu fevralın 24-dən bəri gedən şiddətli döyüşlərdə çox ağır itkilərə məruz qalaraq, döyüş qabiliyyətini itirib, geri çəkilmək zorunda qaldı.

Ukrayna ordusu Kiyev ətrafında Rusiyanın adlı-sanlı, elit hərbi birləşmələrini və kadırovçu kriminal şaykanın ünsürlərini darmadağın etdi.

Amma işğalçılar Kiyev vilayətindəki balaca, sakit, gözəl şəhərləri xaraba qoydular və dinc sakinləri gülləbaran edərək insanlığa qarşı ağır cinayətlər törətdilər. Rus ordusunun buraxdığı izlər Hitler faşizminin bu ərazidəki cinayətlərini də kölgədə qoyaraq 1240-cı il monqol istilasını xatırladır.

Ukrayna xalqı bunu unutmayacaq.

Bu savaş iki dövləti və xalqı bir daha bir araya gəlməyəcək şəkildə ayırdı. Rusiya bəlkə Donbas ərazisini qopara bilər, amma Ukraynanı tamamilə, birdəfəlik itirdi. Halbuki Putin bu savaşı Donbasın qalan hissəsini də almaq üçün yox, bütün Ukraynanı tabe etdirmək niyyəti ilə başlatmışdı.

Ukrayna müharibəsi Rusiyanın sərt gücünün çəkindiriciliyini xeyli azaltdı, hansı ki, rus diplomatiyası məhz bu amilə əsaslanaraq nəticə alırdı. Bütövlükdə Rusiyanın beynəlxlaq nüfuzu ağır yara aldı, artıq 24 fevral 2022-ci ildən əvvəlki Rusiya və 24 fevral 2022-ci ildən əvvəlki dünya yoxdur.

Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir