KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib

Shahin Caferli: Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
286 0

Bu barədə “Financial Times” ABŞ rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Sabah Romada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Çin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi ilə görüş keçirəcək. Sallivan Çini hərbi sahədə, eləcə də sanksiyalardan yayınmaqda Rusiyaya kömək göstərməməyə çağıracaq.

1972-ci ildə Niksonun Pekinə səfərindən sonra başlayan ABŞ-Çin yaxınlaşması SSRİ-ni geopolitik yalnızlığa məhkum etmiş və şər imperiyasının çöküşündə bu faktorun da rolu olmuşdu. Son illər isə ABŞ Çini 1 saylı strateji rəqib elan etdikdən sonra Çinə qarşı mübarizədə Rusiya ilə ittifaq yaradılması ideyası ABŞ düşüncə mərkəzlərində, mediasında və siyasi çevrələrində xeyli populyar idi. Bayden gəldikdən sonra bu yöndə praktik cəhdlər də göstərdi, Moskvaya yüksək səviyyəli emissarlar göndərdi, lakin anlaşma baş tutmadı.

İndi təkrar strateji səviyyədə Vaşinqton-Pekin istiləşməsi ehtimalı yüksək olmasa da, ən azından Çinin Ukrayna və sanksiyalar məsələsində neytrallığına nail olmaq və onunla bu sahədə situativ işbirliyi mümkündür. ABŞ Çinin ən iri ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 755 milyard dollar təşkil edib ki, bunun 576 milyardı Çinin ABŞ-a ixracıdır. Eyni dövrdə Rusiya-Çin ticarət həcmi 146 milyard dollar olub, Çinin Rusiyaya ixracı cəmi 67 milyard dollar təşkil edib.
Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir