KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Shahin Caferli: Qazaxıstan prezidenti bilavasitə Putinin yanında

Shahin Caferli: Qazaxıstan prezidenti bilavasitə Putinin yanında

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
317 0

Tokayev Sankt-Peterburq forumunda Ukraynanın şərqindəki qondarma respublikaları kvazidövlətlər adlandırıb.

Qazaxıstan prezidenti bilavasitə Putinin yanında, Rusiya prezidentinin sevimlisi Marqarita Simonyanın moderatorluq etdiyi müzakirədə bəyan edib ki, DNR, LNR, Abxaziya və Cənubi Osetiyanı tanımayacaqlar.

Tokayev bir neçə gün öncə RBK-ya müsahibəsində bildirdi ki, Qazaxıstan bundan sonra Rusiya ilə münasibətləri Qərbin sanksiya rejiminə uyğun quracaq, çünki Rusiyaya görə öz ölkəsini sanksiya riskinə məruz qoya bilməz. Qazaxıstanda rus dilində təhsilin vəziyyəti ilə bağlı suala isə Tokayev belə cavab verdi ki, ölkədə qazax dilinə maraq və tələbat artır. Yəni ki, bizim üçün dövlət dili prioritetdir və öz ölkəmizdə rus dilində təhsilin populyarlaşdırılması ilə məşğul olmayacağıq.

Yadınızdadırsa, Qazaxıstandakı yanvar hadisələri zamanı bizdə belə fikirlər yayılırdı ki, Nazarbayev millətçi siyasət apardığı üçün Rusiya ondan məmnun deyil və bu səbəbdən hakimiyyət dəyişikliyi həyata keçirir. O zaman qeyd etmişdik ki, Nazarbayevin Rusiyanı məmnun etməyən ayrı-ayrı addımları ola bilər, amma ümumən onun Moskvanın maraqlarına meydan oxuyan hər hansı siyasəti yoxdur və Tokayev dövründə Qazaxıstanın xarici siyasəti “Elbaşı” dövrü ilə müqayisədə daha rusiyayönümlü olmayacaq, bu sahədə kardinal dəyişiklik gözləmək lazım deyil.

İndi görürük ki, Tokayev həqiqətən Qazaxıstanın suverenliyinə, qazax milli identikliyinin qorunması və möhkəmləndirilməsinə nəinki ən azı Nazarbayev qədər önəm verir, hətta daha müstəqil və daha cəsarətli siyasət yeridir.

Şübhəsiz ki, Tokayevi cəsarətləndirən əsas amil Ukrayna savaşının qlobal çapda yaradacağı yeni geosiyasi/geoiqtisadi reallıqlar, bunun nəticəsində Rusiyanın strateji gücünün və nüfuzunun getdikcə azalacağı və məhdudlaşacağı gerçəyidir. Tokayev Qazaxıstanı formalaşmaqda olan yeni beynəlxalq konyuktura uyğunlaşdırmaq istiqamətində siyasət qurur.

Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir