Yəni mövqeyindən hələ geri çəkilməyib. Bu, müharibənin davam edəcəyini göstərir.
Rusiya öz qüvvələrini yenidən qruplaşdırıb, cəbhəyə əlavə qüvvələr də yeritməklə hücumlarını davam etdirəcək. Hava bombardmanlarının da şiddətlənməsi ehtimalı var. Putin üçün bu savaşı uduzmaq təkcə hakimiyyətini deyil, həyatını da itirmək riski yaradır, ona görə asanlıqla əl çəkən deyil.
Savaşın şiddətlənməsi ilə paralel, Qərb də sanksiyaları dərinləşdirəcək. Bu işin neft embarqosuna qədər getməsi mümkündür.
Təbii ki, tərəflər qarşılıqlı güzəştlərlə ortaq nöqtələr tapa bilsə, savaş dayanacaq. Danışıqların bu gün keçirilən 1-ci mərhələsi bitib, heyətlər rəhbərliklə məsləhətləşmə aparmaq üçün geri dönüblər. Bu fakt anlaşma əldə etmək ehtimalının ən azından sıfır səviyyəsində olmadığını söyləməyə əsas verir.
Shahin Caferli Kafkassam